Deuterokanonik kitabları Yoxlama versiyası


Yəhuda   Makkabinin   Yerusəlimdəki   iç



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə73/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   69   70   71   72   73   74   75   76   ...   304
Barux

Yəhuda   Makkabinin   Yerusəlimdəki   iç
qalanı mühasirəyə alması
18 Bu   arada   iç   qalada   olan   adamlar
məbədin   ətrafındakı   İsrailliləri   sıxıntı
altında   saxlayırdılar.   Onlara   hər   fürsətdə
pislik   etməyə   səy   edir   və   bütpərəstlərə
dəstək   olurdular.   19 Yəhuda   onları   yox
etməyi   qərara   aldı   və   onları   mühasirəyə
almaq   üçün   bütün   xalqı   çağırdı.
20 Yəhudilər   toplaşıb   onları   mühasirəyə
aldılar; bu, yüz əllinci ildə oldu. Onlar atıcı
alətlər üçün mövqelər və döyüş qurğuları
hazırladılar.   21 Amma   mühasirədə
olanların bir hissəsi oradan çıxdı. İsraildən
bəzi   dinsizlər   də   onlara   qoşuldular.
22 Onlar   padşahın   yanına   gedib   dedilər:
«Nə   vaxta   qədər   ədaləti   icra   edib
soydaşlarımızın   qisasını   almayacaqsan?
23 Atanıza   xidmət   etdiyimizə,   onun
göstərişlərinə   riayət   etdiyimizə   və
əmrlərinə əməl etdiyimizə görə çox şadıq.
24 İç   qalanı   bizim   xalqımızın   övladları
mühasirəyə alıblar. Onlar bizi yad sayır və
aramızdan   tapdıqları   adamları   öldürür   və
mirasımızı   qarət   edirlər.   25 Onlar   yalnız
bizə   deyil,   həm   də   özlərinə   aid   bütün
ərazilərə əl atırlar. 26 Budur, onlar bu gün
Yerusəlimdəki iç qalanı ələ keçirmək üçün
mühasirəyə alıblar, məbədi və Bet-Suru isə
möhkəmləndiriblər.   27 Əgər   cəld   onların
qabağını   almasan,   daha   böyük   işlər
edəcəklər   və   onda   sən   daha   onları
saxlamağı bacarmayacaqsan».

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin