Deuterokanonik kitabları Yoxlama versiyası


Yəhudilərlə Romalılar arasında ittifaq



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə82/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   78   79   80   81   82   83   84   85   ...   304
Barux

Yəhudilərlə Romalılar arasında ittifaq
67


17 Yəhuda  Akkos   nəslindən   Yəhya   oğlu
Evpolemi   və   Eleazar   oğlu   Yasonu   seçib
onları   Romalılarla   dostluq   və   ittifaq
bağlamaq   üçün   Romaya   göndərdi;   18 bu
məqsədlə   ki   Romalılar   Yunanların   onlar
üzərində   əsarətinə   son   qoysunlar,   çünki
Yunan   padşahlığının   İsraili   köləlik
əsarətinə
 
saldığını
 
görürlər.
19 Göndərilənlər   Romaya   gəldilər,   yol
həddən   artıq   uzun   idi.   Onlar   məşvərət
şurasına   daxil   olub   sözə   başlayaraq
dedilər:   20 «Yəhuda   Makkabi,   onun
qardaşları   və   Yəhudi   xalqı   bizi   sizin
yanınıza   göndərdi   ki,   bizimlə   sizin
aranızda ittifaq və sülh yaransın, siz bizi öz
müttəfiqlərinizin   və   dostlarınızın   sırasına
yazasınız». 21 Bu təklif məşvərət şurasının
üzvlərinin   xoşuna   gəldi.   22 Onlar   cavab
olaraq tunc lövhələrə yazıb onlara sülh və
ittifaqın   xatirəsi   olmaq   üçün   bunu
Yerusəlimə   göndərdilər;   bu   məktubun
surəti   budur:   23 «Romalılara   və   Yəhudi
millətinə dənizdə də, quruda da daim uğur
olsun!   Qoy   qılınc   və   düşmən   onlardan
uzaq   olsun!   24 Əgər   əvvəlcə   Romaya,
yaxud onun hər hansı bir müttəfiqinə qarşı
özlərinin   hökmranlığı   altında   ərazidə
müharibə   baş   versə,   25 Yəhudi   milləti
onların   müttəfiqi   kimi   səmimi   qəlbdən
hərəkətə   keçəcək,   o   vaxt   lazım   olanı
edəcək,   26 Düşmən   tərəfə   taxıl,   hərbi
sursat,   pul   və   gəmi   verməyəcək   və
çatdırmayacaq.   Romanın   qərarı   budur   və
Yəhudilər  öhdəliklərinin  əvəzində  heç  nə
almadan   yerinə   yetirməlidirlər.   27 Eynilə
də   əvvəlcə   Yəhudi   millətinə   qarşı
müharibə   baş   versə,   Romalılar   onların
müttəfiqi   kimi   cani   dildən   hərəkətə
keçəcək,   o   vaxt   lazım   olanı   edəcək.
28 Düşmən olan müttəfiqlərə taxıl, sursat,
pul və gəmi verilməyəcək. Romanın qərarı
budur   və   öhdəliklərini   yalan   olmadan
yerinə   yetirəcək.   29 Bu   müddəalarla
Romalılar   Yəhudi   əhalisi   ilə   müqavilə
bağladılar. 30 Əgər bu müddəalardan sonra
iki tərəfdən hər hansısı buraya nəsə artırıb-
əskiltmək istəsə, qoy bunu birğə etsinlər və
onların   artırıb-əskiltdiyi   şeylərin
səlahiyyəti   olacaq.   31 Padşah   Dimitrinin
Yəhudilərə etdiyi pisliklərə gəlincə, ona bu
sözləri   yazdıq:   “Bizim   dostumuz   və
müttəfiqimiz olan Yəhudiləri nə üçün ağır
boyunduruq altına salmısan? 32 Əgər onlar
bir də bizə sənin barəndə müraciət etsələr,
onların   hüququnu   müdafiə   edəcək   və
dənizdə   də,   quruda   da   səninlə
döyüşəcəyik”».
9

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin