Deuterokanonik kitabları Yoxlama versiyası


Yonatanın təşkil etdiyi yürüşlər



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə85/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   81   82   83   84   85   86   87   88   ...   304
Barux

Yonatanın təşkil etdiyi yürüşlər
32 Bakxid   bunu   biləndə   Yonatanı
öldürmək istədi 33 Amma Yonatan, qardaşı
Şimon   və   bütün   onunla   birgə   olanlar
bundan   xəbər   tutub   Tekoa   çöllüyünə
qaçdılar və Asfar su anbarının yaxınlığında
ordugah   qurdular.   34 Bakxid   şənbə   günü
bu barədə öyrənərək özü və bütün ordusu
İordan çayını keçdi. 35 Yonatan isə qoşun
başçısı   olan   qardaşını   dostları   olan
Nabatalıların   yanına   göndərərək   çoxlu
daşınan   əmlaklarını   yanlarında   qoymağı
onlardan   xahiş   etdi.   36 Amma   Yambri
övladları Medabadan çıxıb Yəhyanı bütün
malik olduğu şeylərlə birlikdə tutdular və
onları   götürüb   getdilər.   37 Bu
69


danışılanlardan   sonra   Yonatana   və   onun
qardaşı   Şimona   çatdırdılar   ki,   Yambri
övladları   böyük   bir   toy   keçirirlər   və
Kənanlı   bir   nüfuzlu   əyanın   qızını   böyük
müşayiətlə   Nadabatdan   gəlin   aparırlar.
38 Onda   qardaşları   Yəhyanın   ölümünü
yada   salaraq   qalxıb   dağın   arxasında
gizləndilər.   39 Başlarını   qaldırıb   gördülər
ki, budur, səs-küylə və çoxlu əmlakla bir
dəstə   gedir.   Adaxlı,   onun   dostları   və
qardaşları   onları   qarşılamaq  üçün  sinclər,
musiqiçilər   və   çoxlu   silahla   gəlirlər.
40 Onda   Yonatanla   birlikdə   olanlar
pusqudan   onların   üzərinə   qalxıb   onları
öldürdülər.   Çoxlu   adam   vurulub   yerə
sərildi,   qalanları   isə   dağa   qaçdılar   və
onların   bütün   qənimətlərini   götürdülər.
41 Toy   yasa,   çalğı   ağıya   çevrildi.
42 Beləcə,   öz   qardaşlarının   qanına   görə
qisas   aldılar   və   sonra   İordan   çayının
bataqlıq yerlərinə qayıtdılər.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin