Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə86/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   82   83   84   85   86   87   88   89   ...   304
Barux

İordan çayını keçmə
43 Bakxid   bu   barədə   eşidən   kimi   Şənbə
günü   böyük   bir   qoşunla   İordan   çayının
sahillərinə   gəldi.   44 Onda   Yonatan
tərəfdarlarına   dedi:   «Gəlin   qalxıb
həyatımız naminə döyüşək, çünki bu gün
nə dünən, nə də srağagün olduğu kimidir.
45 Baxın döyüş həm önümüzdən, həm də
arxamızdan gəlir, həm bu tərəfdən, həm də
o   tərəfdən   İordan   çayının   sularıdır,   bir
yandan   bataqlıq   və   bir   yandan   meşədir.
Yan   keçməyə   yer   yoxdur.   46 İndi   isə
göylərə   fəryad   edin   ki,   düşmənlərimizin
əlindən   xilas   ola   biləsiniz».   47 Döyüş
başlandı. Yonatan Bakxidi öldürmək üçün
ona   zərbə   vurmaq   istədi,   amma   Bakxid
ondan   geriyə   tərəf   çəkildi.   48 Onda
Yonatan   və   onunla   birgə   olanlar   İordan
çayına atılaraq o biri sahilə üzüb keçdilər,
amma   düşmən   onları   təqib   etmək   üçün
İordan çayını keçmədi. 49 O gün Bakxid
tərəfdən   min   nəfərə   qədər   adam   həlak
oldu.
Alkimin ölümü
50 Bakxid   Yerusəlimə   qayıtdı   və
Yəhudeyada   möhkəmləndirilmiş   şəhərlər
tikdi: Yerixoda, Emmausda, Bet-Xoronda,
Bet-Eldə, Timnatda, Faratonda və Tefonda
hündür   divarları,dəmir   barmaglıglı
darvazaları   olan   qala   tikdi.   51 İsrailə
düşmənçilik   məqsədi   ilə   oralarda   keşikci
dəstəsi   qoydu.   52 Həmçinin   Bet-Sura   və
Qazara   şəhərlərini,   onların   içqalalarını
möhkəmləndirdi, oralarda qoşun və ərzaq
ehtiyatı qoydu. 53 O, ölkənin rəhbərlərinin
oğullarını   girov   götürdü   və   onları
Yerusəlimin içqalasında nəzarətdə saxladı.
54 Yüz əlli üçüncü ilin ikinci ayında Alkim
məbədin   içəri   həyətindəki   divarın
dağıdılmasını   əmr   etdi,   beləcə,
peyğəmbərlərin   əməllərini   pozmuş   oldu.
O, divarı dağıtmağa başladı. 55 Amma elə
o vaxt Alkimə bəla üz verdi və işinə maneə
yarandı. Onun ağzı bağlandı, iflic olub bir
söz   belə,   tələffüz   edə   bilmədi,   öz   evinə
dair   bir   göstəriş   verə   bilmədi.   56 Alkim
həmin   zaman   böyük   əzab   içində   öldü.
57 Bakxid   Alkimin   öldüyünü   görəndə
padşahın   yanına   qayıtdı.   Yəhuda   torpağı
iki il sakitlikdə qaldı.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin