Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə87/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   83   84   85   86   87   88   89   90   ...   304
Barux

Bet-Basinin mühasirəsi
58 Onda   qanunu   tanımayanların   hamısı
məşvərət edib dedilər: «Budur, Yonatan və
tərəfdarları əmin-amanlıqla sakitlik içində
yaşayırlar;   indi   Bakxidi   gətirək,   qoy   bir
gecədə onların hamısını tutsun». 59 Gedib
Bakxidlə   məsləhət   etdilər.   60 Bakxid
çoxsaylı   bir   qoşunla   yola   çıxdı   və
Yəhudeyada   olan   bütün   müttəfiqlərinə
gizlicə   məktublar   göndərdi   ki,   onlar
Yonatanı və tərəfdarlarını tutsunlar. Amma
bunu   edə   bilmədilər,   çünki   onların
70


niyyətlərini   bildilər.   61 Yonatan   və
tərəfdarları ölkənin əhalisi arasında bu şər
işə başçılıq edənlərdən əlliyə qədər adamı
tutub   öldürdülər.   62 Bundan   sonra
Yonatan,   Şimon   və   onların   tərəfdarları
çöllükdə   olan   Bet-Basiyə   getdilər,   oranın
dağıdılmış   yerlərini   bərpa   edib   şəhəri
möhkəmləndirdilər.   63 Bakxid   bunu
biləndə   bütün   qoşununu   topladı   və
Yəhudeyada olan tərəfdarlarına da göstəriş
verdi.   64 Sonra   irəliləyib   Bet-Basini
mühasirəyə aldı. Oraya qarşı uzun müddət
döyüşdü   və   döyüş   qurğuları   hazırladı.
65 Yonatan   isə   qardaşı   Şimonu   şəhərdə
qoyub   özü   az   sayda   əsgərlə   ölkəni
dolaşmağa getdi. 66 O, Odomera və onun
qardaşlarına,   Fasironun   övladlarına   öz
çadırlarında   ikən   zərbə   vurdu.   Onları
qırmağa   başladılar   və   hərbi   qüvvə   ilə
hücuma   keçdilər.   67 Onda   Şimon   və
yanındakılar   şəhərdən   çıxıb   döyüş
qurğularına od vurdular. 68 Bakxidə qarşı
döyüşdülər   və   o,   Yəhudilər   tərəfindən
darmadağın   olundu.   Beləcə,   onu   olduqca
məyus   etdilər,   çünki   onun   niyyəti   və
yürüşü   nəticəsiz   oldu.   69 Bakxid   ona   bu
ölkənin   üzərinə   getməyi   məsləhət   görən
qanunu   tanımayan   adamlara   olduqca
qəzəbləndi,   onlardan   çoxunu   öldürdü   və
sonra öz torpağına qayıtmağı qərara aldı.
70 Yonatan bunu biləndə ağsaqqalları onun
yanına göndərdi ki, onunla sülh müqaviləsi
bağlasın   və   əsirləri   geri   qaytarsın.
71 Bakxid   bu   təklifi   qəbul   etdi,   onun
sözlərinə   əməl   etdi   və   bütün   ömrü   boyu
ona   qarşı   hec   bir   pisliyə   cəhd
etməyəcəyinə   and   içdi.   72 O,   əvvəllər
Yəhuda torpağında əsir aldığı adamları ona
qaytardı. Oradan çıxıb öz torpağına qayıtdı
və  onların  hüdudlarına  bir  daha  gəlmədi.
73 İsrail   müharibədən   dinclik   tapdı.
Yonatan   Maxmasda   sakin   oldu.   O,   xalqa
hakimlik   etməyə   başladı   və   İsraildə
dinsizləri yox etdi.
10

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin