gəlincə, qoy onlar Yəhudeyaya birləşmiş
qalsın və bir idarəçilik hesab olunaraq baş
kahinin səlahiyyətindən başqa heç kimə
tabe olmasın. 39 Ptolemaidanı ətrafı ilə
birlikdə Yerusəlimdəki məbədin məsrəfləri
üçün məbədə hədiyyə verirəm.
40 Həmçinin mən sizə mülkiyyətdəki
yerlərdən toplanan padşah hesabından hər
il on beş min şekel gümüş verirəm.
41 Əvvəlki illərdə idarəçilərin gəlirdən
ödəmədiyi yığılıb-qalan bütün pulları onlar
bundan sonra məbədin işlərinə verəcəklər.
42 Bundan əlavə, illik hesaba görə,
məbədin gəlirindən götürülən beş min
şekel gümüş də xidmət işi görən kahinlər
üçün buraxılsın. 43 Padşah xəzinəsinə
borcu olduğuna və ya başqa səbəblərə görə
Yerusəlimdəki məbədə və ya onun bütün
ərazisinə qaçıb sığınan hər kəs
padşahlığımda özünə məxsus olan hər
şeydən azad şəkildə istifadə edə bilər.
44 Məbədin tikilməsi və bərpası işinin
xərcləri də padşah hesabından ödəniləcək.
45 Yerusəlim divarlarının tikilməsi və
ətrafına istehkam çəkilməsinin xərcləri
padşah hesabından ödəniləcək; bu,
Yəhudada divarların tikilməsinə də
aiddir».
Dostları ilə paylaş: