Yonatan Dimitrinin təkliflərini rədd edir 46 Yonatan və xalq bu sözləri dinlədilər,
amma onlara inanmadılar və qəbul
etmədilər. Çünki Dimitrinin İsrailin başına
gətirdiyi böyük bəlaları və onlara hədsiz
zülm etdiyini yada saldılar 47 İsğəndərlə
müttəfig oldular, çünki o, ilk olaraq onlara
sülh təklifi etmişdi. Onlar daim İsğəndərlə
müttəfiq oldular. 48 Padşah İsğəndər çoxlu
qoşun yığaraq Dimitriyə qarşı döyüşə
hazırlaşdı. 49 İki padşah döyüşə girdi.
Dimitrinin qoşunu qaçmağa üz qoydu,
Aleksandr onu təqib edib ona üstün gəldi.
50 Döyüş çox gərgin olub günəş batana
qədər davam etdi və Dimitri həmin gün
həlak oldu.