Yəhudilərə imtiyazlar 30 «Padşah Dimitridən qardaşı Yonatana
və Yəhudi millətinə salamlar! 31 Sizin
barənizdə qohumumuz Lastenesə
yazdığımız məktubun surətini sizin də
bilməyiniz üşün sizə göndəririk. 32 Padşah
Dimitridən atası Lastenesə salamlar!
33 Dostumuz olan və önümüzdə sədaqətini
qoruyub-saxlayan Yəhudi millətinə onların
bizə olan xoş niyyətinin müqabilində
xeyirxahlıq göstərməyə qərar verdik.
34 Biz təsdiq edirik ki, Yəhuda hüdudları
və üç bölgə – Aferema, Lidda və Ratamin
bölgələri onların ərazisi olsun; bunlar
bütün ətraf əraziləri ilə Samariyadan
Yəhudeyaya birləşdirilmişdir. Həmçinin
Yerusəlimdə qurban gətirənlərin hamısı
padşah vergisindən azad edilir; bu vergini
padşah onlardan hər il torpağın məhsuluna
və ağacların meyvəsinə görə götürürdü.
35 Bizə məxsus olan digər şeylərə gəlincə,
indidən etibarən ondabirləri və bizə
veriləsi rüsumları, duzlu gölləri və bizə
məxsus olan tac vergisini – bütün bunları
onların üzərindən götürürük. 36 Bu
şeylərdən heç biri indi və heç vaxt ləğv
edilməyəcək. 37 Beləcə, bu əmrin surətini
çıxarmağa çalışın və qoy o, Yonatana
verilsin və müqəddəs dağda hər kəsin
gördüyü bir yerə qoyulsun».