Deuterokanonik kitabları Yoxlama versiyası


Yonatan Dimitrini xilas edir



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə96/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   92   93   94   95   96   97   98   99   ...   304
Barux

Yonatan Dimitrini xilas edir
38 Padşah   Dimitri   ölkənin   ona   tabe
olduğunu   və   heç   kəsin   ona   qarşı
çıxmadığını görəndə bütün qoşununu – hər
kəsi  öz  törpağına  buraxdı.  Onunla  yalnız
yadelli   millətlərin   adalarından   muzdla
tutduğu   yadelli   əsgərlər   qaldı,   onların
ucbatından   atalarının   bütün   qoşunu   ona
nifrət   edirdi.   39 Aleksandrın   əvvəlki
tərəfdarlarından   biri   olan   Trifon   bütün
qoşunun   Dimitridən   narazılıq   etdiyini
görəndə Aleksandrın azyaşlı oğlu Antioxu
tərbiyə   edən   Ərəb   İmalkunun   yanına
yollandı. 40 Trifon Aleksandrın oğlunu ona
verməsini təkid etdi ki, onu atasının yerinə
padşah etsin. Trifon Dimitrinin etdiyi iş və
qoşununun   ona   ədavət   bəslədiyi   barədə
ona bildirdi və orada uzun müddət qaldı.
41 Bu   arada   Yonatan   padşah   Dimitriyə
xəbər   göndərərək   onun   Yerusəlimin
içqalasında   və   istehkamlarda   qoyduğu
qoşunu   çıxarmasını   istədi,   çünki   İsrailin
üzərinə   hücum   edirdilər.   42 Dimitri   də
Yonatana   xəbər   göndərib   dedi:   «Sən   və
millətin üçün həm bunu edəcəyəm, həm də
əlverişli   vaxt   düşən   kimi   özünü   də,
millətini   də   böyük   izzətə   çatdıracağam
43 İndi müharibədə mənə müttəfiq olmaq
üçün əsgərlər göndərsən, yaxşı iş görmüş
olarsan, çünki bütün qoşunum məndən üz
döndərdi».   44 Yonatan   onun   üçun
Antakyaya üç min qüvvətli əsgər göndərdi.
Onlar   padşahın   yanına   çatanda   padşah
onların   gəlişinə   sevindi.   45 Şəhər
sakinlərindən yüz iyirmi minə qədər adam
şəhərin ortasına toplaşıb padşahı öldürmək
76


istəyirdi.   46 Amma   padşah   saraya   qaçıb-
sığındı.   Sakinlərsə   şəhərin   kücələrini   ələ
keçirib   hücuma   keçməyə   başladılar.
47 Onda   padşah   Yəhudiləri   köməyə
çağırdı. Onların hamısı o saat onun ətrafına
toplaşdı,   sonra   şəhərə   səpələnib   o   gün
şəhərdə yüz minə qədər adamı öldürdülər.
48 Şəhərə   od   vurdular,   o   gün   çoxlu
qənimət götürdülər və padşahı xilas etdilər.
49Yəhudilərin istədikləri   kimi   şəhəri
nəzarət   altına   aldığını   görən   sakinlər
ruhdan   düşərək   padşaha   nida   edib
yalvardılar:   50 «Bizimlə   sülhə   gəl   və
Yəhudilərin bizə və şəhərə qarşı hücumunu
dayandır».   51 Onda   onlar   silahlarını   yerə
qoyub   sülhə   gəldilər.  Yəhudilər   padşahın
və   onun   padşahlığında   olan   hər   kəsin
önündə   şöhrət   qazandılar   və   Yerusəlimə
böyük   qənimətlə   qayıtdılar.   52 Padşah
Dimitri   öz   padşahlıq   taxtında   oturmaqda
davam   etdi   və   ölkə   ona   tabe   oldu.
53 Amma o, vəd etdiyi bütün şeylərə xilaf
çıxdı.   Yonatana   yad   oldu,   ona   edilən
yaxşılığın   əvəzini   ödəmədi   və   Yonatana
çox təzyiq etdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin