Yerusəlimdə bərpa işləri 35 Yonatan geri qayıdanda xalqı yığıncağa
çağırdı və Yəhudeyada qalalar tikmək
barədə
onlarla
məsləhətləşdi.
36 Yerusəlimin divarlarını daha da
yüksəltmək və içqala ilə şəhər arasında onu
şəhərdən ayıran hündür bir divar tikmək
qərara alındı; bu divar xüsusi olmalı və
orada heç bir alver olmamalı idi.
37 Adamlar yığılıb şəhəri tikəndə şərq
tərəfdən vadinin üzərindəki divar uçdu.
Yonatan onu təmir etdi və o, Xafenat
adlandırıldı. 38 Şimon isə Sefelada
Adidanı tikdi, onları möhkəmləndirərək
sürğü ilə bağlanan darvazalar qoydu.