Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə102/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   98   99   100   101   102   103   104   105   ...   304
Barux

Şimonun rəhbər olması
1 Şimon   Trifonun   Yəhudeya   torpağına
hücum   edib   oranı   viran   qoymaq   üçün
çoxsaylı   qoşun   topladığını   eşitdi.   2 O,
xalqın   lərzə   və   qorxu   içində   olduğunu
görəndə   Yerusəlimə   getdi.   Xalqı   topladı.
3 Adamları   ruhlandırıb   onlara   dedi:
«Özünüz bilirsiniz ki, mən, qardaşlarım və
atamın   evi   bu   qanunlar   və   məbəd   üçün
nələr   etmişik.   Şahidi   olduğumuz
müharibələr   və   əziyyətlər   də   sizə
məlumdur.   4 Elə   bu   səbəbdən   bütün
qardaşlarım   İsrail   uğrunda   həlak   oldular,
tək   mən   qaldım.   5 İndi   də   bütün   zülm
dövründə   öz   canımı   əsirgəmək   qoy
məndən   uzaq   olsun,   çünki   mən
qardaşlarımdan artıq deyiləm. 6 Heç nəyə
baxmayaraq, mən millətimin, məbədin və
arvad-uşaqlarınızın   qisasını   alacağam.
Çünki   bütün   millətlər   düşmənçilikləri
səbəbindən   bizi   məhv   etmək   üçün
toplaşdılar».   7 Bu   sözləri   eşidən   kimi
xalqın   ruhu   alovlandı.   8 Onlar   uca   səslə
cavab   verdilər:   «Yəhudanın   və   qardaşın
Yonatanın yerinə sən bizim rəhbərimizsən.
9 Bizim   döyüşlərimizi   sən   apar,   sənin
dediyin   hər   şeyi   edəcəyik».   10 Şimon
döyüşməyi bacaran bütün adamları topladı,
Yerusəlimin   divarlarını   tikib   qurtarmağı
sürətləndirdi   və   hər   tərəfdən   onu
möhkəmləndirdi.   11 O,   Avşalom   oğlu
Yonatanı və onunla birlikdə kifayət qədər
qoşunu Yafoya göndərdi. Yonatan Yafoda
olanları oradan qovub, özü orada qaldı.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin