Deuterokanonik kitabları Yoxlama versiyası


Şimon Trifonu Yəhudeyadan kənar edir



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə103/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   99   100   101   102   103   104   105   106   ...   304
Barux

Şimon Trifonu Yəhudeyadan kənar edir
12 Bu   arada   Trifon   Yəhuda   torpağına
hücum   etmək   üçün   çoxsaylı   qoşunla
Ptolemaidadan yola düşdü. Nəzarət altında
olan   Yonatan   da   onun   yanında   idi.
13 Şimon   isə   düzənliyin   qarşısında,
Adidada   ordugah   qurdu.   14 Şimonun,
qardaşı   Yonatanın   yerinə   keçdiyini   və
onunla döyüşə girməyə hazırlaşdığını bilən
Trifon Şimona qasidlərlə xəbər göndərdi:
15 «Qardaşın Yonatanın öz vəzifələrindən
ötrü padşah xəzinəsinə olan borcuna görə
biz onu tutub saxlamışıq. 16 İndi bizə yüz
talant gümüş və Yonatanın iki oğlunu girov
göndər ki, biz onu buraxarkən bizə qarşı
üsyan   etməsin;   onda   onu   buraxarıq».
17 Şimon anladı ki, onlar ona qarşı hiylə
işlədirlər.  Amma   pulu   da,   Yonatanın   iki
oğlunu da göndərdi ki, xalqda özünə qarşı
böyük   nifrət   oyatmasın.   18 O   düşündü:
«Yoxsa deyəcəklər ki, mən Trifona pul və
uşaqları   göndərmədiyim   üçün   Yonatan
öldürüldü».   19 Beləcə,   uşaqları   və   yüz
talant gümüşü göndərdi, amma Trifon onu
aldatdı və Yonatanı buraxmadı. 20 Bundan
sonra   Trifon   ölkəyə   girib   onu   viran
qoymaq üçün yola düşdü və dolayı yolla
Adoraya   doğru   getdi.   Amma   Şimon   və
qoşunu   o,   hara   getdisə,   onun   ardınca
düşdü.   21 İçqalada   olanlar   isə   Trifonun
80


yanına   qasidlər   göndərdilər   ki,   onu
cöllükdən   keçərək   yanlarına   gəlməyə   və
onlara   ərzaq   ehtiyatı   göndərməyə   sövq
etsinlər. 22 Trifon elə həmin gecə getmək
üçün   özünün   bütün   süvarilərini   hazırladı.
Amma həddən artıq qar yağdı və o, qara
görə   gedə   bilmədi.   Onda   çıxıb   Gileada
getdi.   23 Baskamaya   yaxınlaşanda
Yonatanı   öldürdü   və   Yonatan   orada
basdırıldı.   24 Sonra   Trifon   qayıdıb   öz
torpağına getdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin