öz millətinə münasibətdə düzlüyü və
sədaqəti qoruyub saxladı. Xalqının
mənafeyini güdməsi, imanlı olması və hər
vasitə ilə öz xalqını ucaltmaq istədi.
36 Onun dövründə onun əli ilə başqa
millətlər və Yerusəlimdəki Davud
şəhərində olanlar uğurla ölkədən kənar
edildilər. Orada olanlar özlərinə içqala
tikərək oradan çıxıb məbədin ətrafını
murdarlayır, onun müqəddəsliyinə böyük
zərər vururdular. 37 Şimon orada Yəhudi
kişilərini məskunlaşdırdı. Ölkənin və
şəhərin təhlükəsizliyi üçün oranı
möhkəmləndirdi və Yerusəlimin divarlarını
yüksəltdi. 38 Bunlara görə padşah Dimitri
Şimonun baş kahinliyini təsdiqlədi.
39 Onu öz dostlarından biri etdi və onu
böyük izzətə yüksəltdi. 40 Çünki eşitdi ki,
Romalılar Yəhudiləri dost, müttəfiq və
qardaş adlandırıb, Şimonun elçilərini
hörmətlə qarşılamışlar. 41 Yəhudilər və
kahinlər sadiq bir peyğəmbər meydana
çıxana qədər Şimonun onlara daimi rəhbər
və baş kahin olması barədə razılaşdılar.
42 O həm də onların sərkərdəsi olmalı,
müqəddəs şeylər üçün məsuliyyət
daşımalı, bunlar üzərində adamları işə
təyin etməli, ölkəyə, sursata və qalalara
nəzarət etməli idi. 43 Məbəd üçün
məsuliyyət daşımalı və hamı ona itaət
etməlidir. Ölkədəki bütün müqavilələr
onun adına yazılmalıdır. O, al-qırmızı libas
geyməli və qızıl bəzək taxmalıdır.
44 Xalqdan və kahinlərdən heç kimə
bunlardan birini rədd etməyə, yaxud onun
sözlərinə zidd çıxmağa, ya da onsuz ölkədə
yığıncaq çağırmağa, al-qırmızı libas
geyməyə və qızıl toqqa daşımağa icazə
verilmir. 45 Bu müddəalara zidd işlər,
görən ya da bunları rədd edən adam
təqsirkar sayılacaq». 46 Bütün xalq bu
müddəalara uyğun olaraq ixtiyarı Şimona
verməyə razılaşdı. 47 Şimon baş kahin,
sərkərdə, Yəhudilərin və kahinlərin milli
başçısı olmağı və onların hamısına
rəhbərlik etməyi qəbul edib razılaşdı.
48 Bu qeydi tunc lövhələrə həkk edib
məbədin çəpəri içində nəzərə çarpan bir
yerdə qoymağı qərara aldılar. 49 Onların
surətlərini isə Şimon və onun oğullarında
qalması üçün xəzinəyə qoymağı
buyurdular.
15
Dostları ilə paylaş: