Deuterokanonik kitabları Yoxlama versiyası


Elçilər Romadan Yəhudeyaya qayıdırlar



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə112/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   108   109   110   111   112   113   114   115   ...   304
Barux

Elçilər Romadan Yəhudeyaya qayıdırlar
15 Bu   vaxt   Numeni   və   onunla   olanlar
padşahlara   və   ölkələrə   yazılmış
məktublarla   Romadan   qayıtdılar.
Məktublarda
 
bunlar
 
yazılmışdı:
16 «Romalıların konsulu Levkidən padşah
Ptolemeyə salamlar! 17 Baş kahin Şimon
və Yəhudi camaatı tərəfindən göndərilmiş,
dostlarımız və müttəfiqlərimiz olan Yəhudi
elçiləri   əvvəlki   dostluq   və   ittifaqı   bərpa
etmək   üçün   yanımıza   gəldilər.   18 Çəkisi
min mina olan bir qızıl qalxan gətirdilər.
19 Biz   də   niyyət   edərək   padşahlara   və
ölkələrə   yazdıq   ki,   onlara   zərər
vurmasınlar,   onlarla,   şəhərləri   ilə   və
ölkələri   ilə   müharibə   etməsinlər,   onlarla
müharibə   edənlərə   müttəfiq   olmasınlar.
20 Gətirdikləri qalxanı qəbul etməyə qərar
verdik.   21 Belə   ki   onların   ölkəsindən
yaramaz adamlar sizə qaçıb sığınmışsa, öz
qanunları ilə cəzalandırsın deyə onları baş
kahin   Şimona   təslim   edin».   22 Konsul
bunları həmçinin padşah Dimitriyə, Attala,
Ariarata   və   Arşaka   yazdı.   23 Bütün
ölkələrə,   Sampsama,   Spartalılara,   Delosa,
Mində,   Sikiona,   Kariyaya,   Samosa,
Pamfilyaya,   Likiyaya,   Halikarnasa,
Rodosa, Fasilidaya, Kosa, Sidaya, Arada,
Qortinə,   Knidaya,   Kiprə   və   Kireneyə
göndərdi.   24 Bunların   bir   surətini   də   baş
kahin Şimona yazdılar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin