Deuterokanonik kitabları Yoxlama versiyası


VII Antiox Şimona düşmən olur



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə113/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   109   110   111   112   113   114   115   116   ...   304
Barux

VII Antiox Şimona düşmən olur
25 Bu   arada  Antiox   Doraya   hər   tərəfdən
hücum   etməklə   və   döyüş   qurguları
hazırlamaqla   ikinci   dəfə   onun   qarşısında
ordugah   qurdu.   Trifonun   yolunu   elə
bağladı   ki,   girib-çıxmaq   qeyri-mümkün
oldu. 26 Şimon onu dəstəkləmək üçün iki
min   seçmə   əsgər,   qızıl-gümüş   və   kifayət
qədər   ləvazimat   göndərdi.   27 Amma
Antiox   bunları   qəbul   etmək   istəmədi,
əksinə,   əvvəllər   Şimonla   razılaşdığı   hər
şeydən   imtina   etdi   və   ona   yad   oldu.
28 Dostlarından   biri   olan   Afinobini
danışıqlar aparmaq üçün Şimonun yanına
göndərdi   ki,   ona   bu   sözləri   desin:   «Siz
mənim   padşahlığımın   şəhərləri   olan
Yafoya,   Qazaraya   və   Yerusəlimdəki
içqalaya nəzarət edirsiniz. 29 Siz oraların
ərazisini boş qoydunuz, yer üzündə böyük
viranəlik   yaratdınız   və   padşahlığımın   bir
çox yerinə sahib çıxdınız. 30 İndi isə ələ
keçirdiyiniz   şəhərləri   və   Yəhudeya
hüdudlarından   kənarda   sahib   olduğunuz
yerlərin   vergilərini   mənə   qaytarın.   31 Ya
da başqa cür, etdiyiniz dağıntının əvəzinə
beş   yüz   talant   gümüş   verin,   şəhərlərin
vergiləri   üçün   də   daha   beş   yüz   talant
ödəyin. Yoxsa gəlib sizinlə döyüşəcəyik».
32 Padşahın   dostu   Afinobi   Yerusəlimə
gəlib   Şimonun   izzətini,   qızıl   və   gümüş
qabları olan dolabı və ətrafdakı təmtərağı
görəndə   heyran   oldu.   Padşahın   sözlərini
ona   bildirdi.   33 Şimon   onun   cavabında
dedi:   «Biz   yad   torpağı   ələ   keçirmədik,
başqaları   üzərində   hökmranlıq   etmədik,
yalnız əcdadlarımızın mirasına sahibik ki,
ona bir vaxt düşmənlərimiz haqsız olaraq
yiyələnmişdilər.   34 Amma   münasib   vaxt
85


düşdüyündən   biz   əcdadlarımızın
mirasından yapışırıq. 35 Tələb etdiyin Yafo
və   Qazaraya   gəlincə,   onların   əhalisi
xalqımıza və ölkəmizə böyük zərər vurdu.
Bunlar   üçün   yüz   talant   verərik».
36 Afinobi   bunun   cavabında   heç   nə
demədi,   amma   qəzəblə   padşahın   yanına
getdi.   Bu   sözlər,   Şimonun   izzəti   və
gördüyü hər şey barədə ona bildirdi. Onda
padşah bərk qəzəbləndi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin