Kitabın məzmunu: 1:1–2:32 Misirdə yaşayan Yəhudilərə müraciət
3:1–4:50 Baş kahinlik uğrunda mübarizə
5:1–7:42 Yəhudilərə edilən zülm
8:1–15:39 Yəhuda Makkabinin qələbələri
1
1 Misirdəki Yəhudi soydaşlara salamlar!
Yerusəlim və bütün Yəhudeya ölkəsindəki
soydaşları onlara xoşbəxt sülh arzulayırlar!
2 Qoy Allah sizə xeyirxahlıq etsin və sadiq
qulları İbrahim, İshaq və Yaqubla bağladığı
Öz əhdini yada salsın! 3 Ona ehtiram
etmək üçün, səmimi qəlbdən və can-dildən
Onun iradəsini yerinə yetirmək üçün
hamınıza ürək bəxş etsin! 4 Onun qanunu
və əmrləri üçün sizin ürəyinizi açsın və
sizə sülh bəxş etsin! 5 Dualarınızı eşitsin,
sizinlə mərhəmətli olsun və çətin anda sizi
atmasın. 6 İndi biz burada sizin üçün dua
edirik.
7 Yüz altmış doqquzuncu ildə
a
, Dimitri
padşah olanda biz Yəhudilər sizə bunları
yazdıq: həmin dövrdə biz kədər və
iztirablar çəkdik, çünki Yason və onun
şərikləri müqəddəs torpağa və padşahlığa
xəyanət etdilər.
8 Onlar darvazaları yandırdılar və günahsız
adamların qanını tökdülər. O zaman biz
Rəbbə dua etdik və O, bizi eşitdi. Ona
buğda və un təqdim etdik, çıraqları
yandırdıq və çörək təqdimləri hazırladıq.
9 İndi sizdən istəyirik ki, Kislev ayında
Çardaqlar Bayramına bənzər bir bayram
keçirəsiniz. Bu məktub yüz səksən
səkkizinci ildə yazılmışdır.