13 Amma padşahın əmrinə malik olan
İliodor bu pulların padşahın xəzinəsinə
qoyulmalı olduğunu qətiyyətlə deyirdi.
14 O, pulları yoxlamaq üçün gələcəyi günü
təyin etdi. Bu, şəhərdə hər kəsdə böyük
həyəcan yaratdı. 15 Müqəddəs paltarlar
geymiş kahinlər qurbangahın qarşısında
yerə qapanıb göylərə yalvardılar ki, əmanət
barədə qanun vermiş Allah o pulu nəzərdə
tutulduğu adamlar üçün möhkəm qorusun.
16 Baş kahinin üzündəki ifadəyə baxanda
adamın ürəyi parçalanırdı; çünki onun
baxışları və rənginin qaçması ruhunun
üzüntüsünü göstərirdi. 17 Dəhşət bürüyən
və bədəni titrəyən bu adama baxanda onun
ürəyinin kədər içində olduğu aşkar
görünürdü. 18 Adamlar dəstə-dəstə
evlərindən çıxıb ümumxalq duasına
axışırdılar, çünki müqəddəs yerin təhqir
olunaçağı gözlənilirdi. 19 Döşlərinin altına
çul bağlamış qadınlar küçələri
doldurmuşdular, evdə oturmuş qızların
bəziləri darvazalara, bəziləri şəhər
divarlarına tərəf qaçır, bəziləri də
pəncərələrdən çölə baxırdılar. 20 Onların
hamısı əllərini göyə qaldırıb dua edirdi.
21 Böyük bir kütlənin üzüstə yerə düşməsi
və çox həyəcanlanmış baş kahinin intizar
içində gözləməsi acınacaqlı mənzərə idi.
22 Bu arada onlar etibar edilmiş pulları
qorusun deyə Külli-İxtiyar Rəbbə
yalvarırdılar. 23 İliodor isə qərarı yerinə
yetirirdi.
24 O artıq öz mühafizəçiləri ilə birlikdə
xəzinəyə girəndə ruhlar və bütün
hakimiyyətlər üzərində Hökmran Olan
böyük bir əlamət zahir etdi: İliodorla
birlikdə içəri girməyə cəsarət edənlər
Allahın gücünün təsirindən heyrətə
düşərək zəifliyə və dəhşətə düçar oldular.
25 Tərkində gözəl bir örtüyə bürünən və
qorxunc simalı bir şüvarini gəzdirən bir at
onlara zahir oldu. At sürətlə İliodora tərəf
çaparaq qabaq dırnaqları ilə onu vurdu.
Süvarinin bütün döyüş silahları qızıldan
idi. 26 Eyni zamanda, fövqəladə gücə və
çox gözəl görünüşə malik olan daha iki
gənc cah-calallı libaslarında İliodora zahir
oldu. Onlar İliodorun hər iki tərəfində
durub fasiləsiz onu qamçılayaraq ona
çoxlu yara vurdular. 27 Onda İliodor yerə
yıxıldı və ətrafını qatı qaranlıq bürüdü;
adamlar onu qaldırdılar və bir xərəyə
qoydular. 28 Bir az əvvəl öz əshabəri və
mühafizəçiləri ilə birlikdə adı çəkilən
xəzinəyə girən bu adam tamamilə aciz bir
vəziyyətdə aparıldı. Yanındakılar da
Allahın qüdrətini aydın şəkildə dərk
etdilər.
Dostları ilə paylaş: