Oniyanın öldürülməsi 30 Bütün bu hadisələr baş verərkən
Tarsuslular və Mallotlular üsyan
qaldırdılar. Bunun səbəbi şəhərlərinin
padşahın cariyəsi Antiokisə hədiyyə
edilməsi oldu. 31 Buna görə də padşah
əyanlarından biri olan Androniki öz yerinə
qoyaraq işləri yoluna qoymaqdan ötrü tez
yola düşdü. 32 Əlinə fürsət düşdüyünü
görən Menelay məbəddən bəzi qızıl qabları
oğurlayıb Andronikə hədiyyə etdi. Bir
hissəsini isə Surda və ətraf şəhərlərdə
satdı. 33 Bu işdən bütünlüklə xəbər tutan
Oniya bunu ifşa etdi və sığınacaq yerə –
Antakya yaxınlığındakı Dafna məbədinə
çəkildi. 34 Çünki Menelay təklikdə
Androniklə görüşərək onu Oniyanı
öldürməyə təhrik etdi. Andronik də
Oniyanın yanına gələrək sağ əli ilə and içib
təminat verməklə sığınacaq yerini tərk
etməyə onu razı saldı. Oniya isə
şübhələrinə baxmayaraq, oranı tərk etdi.
94
Andronik haqsızlıq edərək Oniyanı o
andaca öldürtdü.