Andronikin cəzalandırılması 35 Bu hadisədən yalnız Yəhudilər deyil,
çoxlu başqa xalqlardan olanlar da narazı
qaldılar və haqsız yerə öldürülən bu adama
görə üzüldülər. 36 Padşah Kilikiya
bölgəsindən qayıdanda şəhərdəki
Yəhudilər bu cinayətdən narazı qalan
Yunanlarla birlikdə Oniyanın nahaq yerə
öldürülməsi barədə ona xəbər çatdırdılar.
37 Antiox ürəkdən kədərləndi və onun
halına acıdı, ölən insanın sağlam düşüncəsi
və xoş davranışı üçün göz yaşı tökdü.
38 Andronikə isə qəzəbi alovlandı, həmin
andaca al-qırmızı libası onun əynindən
çıxartdı, paltarlarını cırdı və bütün şəhər
boyu gəzdirərək qatili haqsızlıqla Oniyanı
öldürdüyü yerdə öldürməyi əmr etdi.
Beləcə, Andronik Rəbdən layiq olduğu
cəzanı aldı.