silahlanaraq əllərində mizraqlar və
qınından çıxmış qılınclar tutmuşdular.
3 Qoşunlar atların üstündə nizamla sıraya
düzülmüşdülər, bir tərəf hücum, digər tərəf
isə özünü müdafiə edirdi. Qalxanlar
hərəkətə gəldi, hava oxlarla doldu,
mancanaqlar atmağa başladı, qızıldan olan
yaraqlar və hər növ zirehlər parıldadı.
4 Belə ki zahir olanların yaxşı bir əlamət
olmasından ötrü hamı dua etdi.
5 Antioxun ölümü haqqında şayiə
yayılandan sonra Yason min nəfərə qədər
adam toplayıb Yerusəlim şəhərinə qəfil
hücum etdi. Divarı qoruyan əsgərlər
qovulub çıxarılanda, nəhayət, şəhər alındı.
Menelay qalada sığınacaq tapdı. 6 Yason
isə öz həmvətənlərini amansızcasına
qırmaqda davam edirdi. O, öz soydaşlarına
qarşı uğur qazanmağın ən böyük
uğursuzluq olduğunu anlamırdı və özünü
soydaşlarından deyil, düşmənlərindən
qənimət almış kimi sanırdı. 7 Bununla
belə, Yason idarəçiliyi ələ keçirə bilmədi.
Nəticədə qurduğu qəsdə görə rüsvay oldu
və yenə də bir qaçqın kimi Ammonluların
ölkəsinə getdi. 8 Onun pislik etməkdən
ibarət olan həyatının sonu belə oldu ki, o,
Ərəb hökmdarı Aretanın ittihamına tuş
gəldi; bu səbəbdən bir şəhərdən o biri
şəhərə qaçaraq, hamı tərəfindən qanuna
dönük çıxan, öz ölkəsinin və öz
həmvətənlərinin düşməni sayılan bir şəxs
kimi təqib edilərək və nifrət hədəfi olaraq
Misir sahillərinə qovuldu. 9 Çoxlarını öz
ölkəsindən didərgin salan Yasonun özü də
yad yerdə öldü. Ömrünün axırında o,
Spartalıların yanına getmişdi, qohumluq
əlaqələrinə görə onların yanında sığınacaq
tapmağı umurdu. 10 Çoxlarını dəfn
olunmaqdan məhrum edən adamın özünə
də nə yas saxlanıldı, nə dəfn mərasimi
təşkil olundu, nə də əcdadlarının yanında
basdırıldı.
Dostları ilə paylaş: