Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə129/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   125   126   127   128   129   130   131   132   ...   304
Barux

Antiox məbədi qarət edir
11 Baş verənlər padşahın qulağına çatanda
o,   Yəhudeyanın   öz   hakimiyyəti   altından
çıxdığını   düşündü.   O,   qəzəbdən
qaynayaraq   Misirdən   yola   düşdü   və   bir
həmlə   ilə   şəhəri   ələ   keçirtdi.   12 Əllərinə
düşən hər kəsi amansızcasına həlak etməyi
və evlərində gizlənən adamları öldürməyi
əsgərlərinə   əmr   etdi.   13 Onda   cavan   və
qocaların   öldürülməsi,   oğlanların,
qadınların   və   uşaqların   qətli,   qızların   və
körpələrin   qırğını   baş   verdi.   14 Üç   gün
ərzində   səksən   min   nəfər   itki   oldu:   qırx
min   nəfər   əlbəyaxa   döyüşdə   öldürüldü,
qalan qırx min nəfər isə qul kimi satıldı.
15 Etdikləri   ilə   kifayətlənməyən   padşah
bütün yer üzündəki ən müqəddəs məbədə
girməyə   cəsarət   etdi.   Qanunlara   və
ölkəsinə xəyanət edən Menelay ona bu işdə
bələdçilik edirdi. 16 Padşah murdar əlləri
ilə müqəddəs qabları götürdü və müqəddəs
yerin   izzətinin,   şöhrətinin   yüksəlməsi
naminə   başqa   padşahların   əhd   edib
verdikləri təqdimləri dünyəvi əli ilə silib-
süpürdü.   17 Özü   barəsində   təkəbbürlə
düşünən   Antiox   anlamırdı   ki,   şəhər
əhalisinin   günahına   görə   Rəbb   qısa   bir
müddətə   onlara   qəzəblənmişdir   və   buna
görə   də   müqəddəs   yeri   himayə   etmir.
18 Əgər   xalq   çoxlu   günaha   düçar
olmasaydı,   padşah   Selevk   tərəfindən
xəzinəni   yoxlamağa   göndərilən   İliodor
kimi o da içəri girən kimi həmin andaca
cəzalandırılardı və öz qaba hərəkətindən əl
çəkərdi.   19 Amma   Rəbb   milləti   məbəd
naminə   seçməmişdi,   məbədi   millətin
naminə   seçmişdi.   20 Beləcə,   millətin
başına   gələn   fəlakətlərə   şərik   olan   yer
sonra   onunla   baş   verən   yaxşılıqlara   da
şərik   oldu;   Külli-İxtiyar   Öz   qəzəbində
olarkən məbədi tərk etdi, amma Hər Şeyə
Qadir   Olan   onlarla   barışarkən   məbədi
96


bütün   izzəti   ilə   yenidən   əvvəlki   halına
qaytardı.
21 Beləliklə, Antiox məbəddən min səkkiz
yüz   talant   qızıl   və   gümüş   oğurladı   və
tələsik   Antakyaya   qayıtdı.   Özünə
qürrələnib elə sandı ki, qurunu dəniz kimi,
dənizi   quru   kimi   keçib   gedə   bilər,   çünki
ürəyi o qədər qürurlanmışdı. 22 O, əhaliyə
zülm   etmək   üçün   idarəçilər   qoydu:
Yerusəlimdə   onu   bu   vəzifəyə   təyin   edən
Antioxdan da vəhşi olan Frakiya mənşəli
Filipi, 23 Qarizmdə Androniki, üstəlik, öz
soydaşlarına   başqalarından   daha   betər
ağalıq   edən   və   Yəhudi   vətəndaşlara
düşmənçilik   münasibəti   bəsləyən
Menelayı.   24 Antiox   Musluların   başçısı
Apollonini   iyirmi   iki   min   nəfərlik   bir
ordunun   başında   oraya   göndərdi   və   ona
həddi-büluğa   çatmış   bütün   kişiləri
öldürməyi, qadınlarla uşaqları isə qul kimi
satmağı əmr etdi. 25 Apolloni Yerusəlimə
gələn vaxt özünü yalandan sülhsevər insan
kimi göstərdi və müqəddəs Şənbə gününə
qədər   gözlədi.   Yəhudilərin   iş   başında
olmadıqlarından   istifadə   edib   öz
adamlarına silahlanaraq rəsmi keçid etməyi
əmr   etdi.   26 O,   tamaşa   etmək   üçün
evlərindən   çıxan   adamların   hamısını
qılıncdan   geçirtdi.   Ardından   da   silahlı
əsgərləri   ilə   şəhəri   dolaşaraq   çox   sayda
adamı   öldürdü.   27 Amma   Yəhuda
Makkabinin başçılığı ilə on nəfər çöllüyə
çıxıb   getdi.   O,   yoldaşları   ilə   birlikdə
təpəliklərdə   vəhşi   heyvanlar   kimi   yaşadı;
onlar   təkcə   otla   qidalanırdılar   ki,
murdarlıqda iştirak etməsinlər.
6

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin