Deuterokanonik kitabları Yoxlama versiyası


Bütpərəstliyin zorla qəbul etdirilməsi



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə130/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   126   127   128   129   130   131   132   133   ...   304
Barux

Bütpərəstliyin zorla qəbul etdirilməsi
1 Bir   müddət   keçdikdən   sonra   padşah
Afinalı   bir   qocanı   göndərdi   ki,   o,
Yəhudiləri   əcdadlarının   qanunlarından   əl
çəkməyə   və   Allahın   qanunlarına   görə
yaşamamağa   məcbur   etsin.   2 O   həm   də
Yerusəlimdəki   məbədi   murdarlamalı   və
onu   Olimp   Zevsi   məbədinə,   Qarizim
dağındakı   məbədi   isə   bu   yerin   əhalisinin
istəyi ilə Yadellilər Hamisi Zevs məbədinə
çevirməli idi.
3 Belə bir şər işin zorla qəbul etdirilməsi
ağır   və   çox   dözülməz   bir   şey   idi.
4 Bütpərəstlər   məbədi   əyləncə   və   işrətlə
doldurmuşdular,   onlar   fahişələrlə   əylənir,
müqəddəs   yerin   hüdudlarında   qadınlarla
yaxınlıq   edirdilər   və   qadağan   edilmiş
şeyləri   içəri   gətirirdilər.   5 Qurbangah
qanuna   görə   qadağan   olunmuş   məqbul
olmayan   şeylərlə   dolu   idi.   6 Heç   kim
Şənbə   gününü,   ya   da   əcdadlardan   qalan
bayramları qeyd edə bilmir, hətta Yəhudi
olduğunu belə, açıqca söyləyə bilmirdi.
7 Padşahın   ad   gününün   hər   ay   qeyd
olunması   zamanı   Yəhudilər   bütpərəst
qurbanlarından   yeməyin   acı   məcburiyyəti
ilə   üzləşirdilər.   Dionis   bayramında   isə
sarmaşıqdan   çələnglər   taxıb   Dionisin
şərəfinə   yürüşdə   iştirak   etməyə   məcbur
edilirdilər. 8 Ptolemais əhalisinin təklifinə
görə,   qonşuluqda   olan   Yunan   şəhərləri
üçün bir fərman verildi ki, orada yaşayan
Yəhudilərlə də eyni cür rəftar olunsun və
onlar   da   qurbanlardan   yeməkdə   iştirak
etməyə   məcbur   olunsunlar.   9 Yunan
ənənələrinə   keçməyə   razı   olmayanlar   isə
öldürülməli   idilər.   Onların   necə   bir
fəlakətlə   rastlaşdıqları   aşkar   görünürdü.
10 Məsələn,   iki   qadın   oğullarını   sünnət
etməkdə   ittiham   olundu.   Onlar   körpələri
döşlərinə   asılı   vəziyyətdə   şəhərdə
gəzdirilərək   hamıya   nümayiş   olundu,
axırda   da   şəhər   divarlarından   aşağı
atıldılar.   11 Yeddinci   günü   gizlincə   qeyd
etmək üçün mağaralara üz tutan digərləri
barədə isə Filipə xəbər çatdırıldı və onların
hamısı   birlikdə   yandırıldı.   Çünki   onlar
müqəddəs   günə   ehtiram   göstərdiklərinə
97


görə özlərini müdafiə etməyi düzgün hesab
etmədilər.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin