Məbədin pak edilməsi 1 Onda Makkabi və onun yoldaşları
Rəbbin yol göstərməsi ilə məbədi və şəhəri
yenidən geri aldılar. 2 Yadellilərin bazar
meydanında qurduqları qurbangahları və
təqdis olunmuş bütxanaları yıxdılar.
3 Onlar müqəddəs məskəni pak etdilər və
təzə qurbangah tikdilər. Çaxmaq daşı ilə
əldə etdikləri odla iki illik fasilədən sonra
qurban təqdim etdilər, buxur yandırdılar,
çıraqları işıqlandırdılar və Hüzur
çörəklərini qoydular. 4 Sonra üzüstə
düşərək Rəbbə yalvardılar ki, bir daha belə
fəlakətlərə düçar olmasınlar, yenə günah
etdikləri təqdirdə iltifatla tərbiyə
olunsunlar, küfr edən və vəhşi xalqlara
təslim edilməsinlər. 5 Bu elə həmin günə,
yəni müqəddəs məskənin yadellilər
tərəfindən murdarlanması ilə eyni günə
təsadüf etdi, məbədin pak edilməsi Kislev
ayının iyirmi beşində baş verdi. 6 Onlar
Çardaqlar bayramında olduğu kimi səkkiz
gün şadlıq etdilər. Bir müddət əvvəl olan
Çardaqlar bayramını dağlarda və
mağaralarda vəhşi heyvanlar kimi qeyd
etdiklərini xatırladılar. 7 Buna görə də
sarmaşığa bürünmüş əsalar, gözəl budaqlar
və xurma budaqları daşıyaraq Özünə
məxsus olan müqəddəs yerin pak
edilməsini uğurla nəticələndirən Rəbbə
həmd ilahiləri oxudular. 8 Ümumi qərar və
təkliflə bütün Yəhudi millətinin hər il bu
günləri bayram etməsi barədə göstəriş
verdilər. 9 Xülasə, Epifan adlandırılan
Antioxun beləcə sonu çatdı.