İdumeyaya hərbi səfər 14 Qorqiya bölgədə hərbi vali oldu; o,
muzdlu əsgərləri səfərbər etdi və
Yəhudilərlə
fasiləsiz
müharibə
vəziyyətində oldu. 15 Bununla yanaşı,
əlverişli qalalara nəzarət edən İdumeyalılar
Yəhudiləri gücdən salırdılar. Yerusəlimdən
qovulan adamları qəbul edərək müharibə
vəziyyətini saxlamağa çalışırdılar.
16 Makkabi və onun tərəfdarları dua
mərasimi təşkil edib döyüşdə onların
tərəfində olması üçün Allaha yalvardılar.
Sonra İdumeya qalalarına tərəf hücuma
atıldılar. 17 Sürətlə onların üzərinə hücum
edib əlverişli yerləri ələ keçirdilər, qala
divarlarında vuruşanların hamısını dəf
etdilər, rastlaşdıqları hər kəsi doğradılar və
iyirmi minə qədər adamı həlak etdilər.
18 Doqquz minə qədər adam mühasirəyə
qarşı hər şeylə təchiz olunan, xüsusi olaraq
möhkəmləndirilmiş iki bürcə qaçıb sığındı.
19 Makkabi Şimonla Yusifi, həmçinin
Zakkayı mühasirə üçün kifayət qədər
qüvvə ilə orada qoydu. Özü isə daha çox
lazım olduğu yerlərə getdi. 20 Amma
Şimonun adamları pulpərəst idilər və
qalalardakı adamlar onları rüşvət almağa
razı saldılar. Onlar yetmiş min dirhəm alıb
qalalardakı bəzi adamların aradan
çıxmasına icazə verdilər. 21 Baş verənlərin
xəbəri Makkabiyə çatdırılanda o, xalqın
rəhbərlərini bir yerə topladı, onları öz
soydaşlarını pula satmaqda ittiham etdi,
çünki düşmənlərini onlara qarşı döyüşmək
üçün buraxmışdılar. 22 Xain olduqları
üçün bu adamları öldürdü və dərhal iki
bürcü ələ keçirdi. 23 Silaha sarılınca bütün
işlərində uğur qazandı, bu iki qalada iyirmi
mindən çox adam həlak etdi.