Deuterokanonik kitabları Yoxlama versiyası


Lisiya Bet-Suru mühasirəyə alır



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə144/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   140   141   142   143   144   145   146   147   ...   304
Barux

Lisiya Bet-Suru mühasirəyə alır
1 Bu   hadisələrdən   çox   az   müddət   sonra
padşahın   qəyyumu,   qohumu   və   dövlətin
idarəçisi   Lisiya   baş   verənləri   eşidəndə
olduqca qəzəbləndi. 2 O, təxminən səksən
min piyadanı və bütün süvariləri yığdı və
Yəhudilərin   üzərinə   getdi.   Niyyəti
Yerusəlim şəhərini Yunanlar üçün yaşayış
yeri   etmək,   3 başqa   millətlərin   ibadət
yerlərindən aldığı kimi, məbəddən də vergi
almaq   və   baş   kahinlik   vəzifəsini   hər   il
satışa   çıxartmaq   idi.   4 O,   Allahın
hökmranlığına heç əhəmiyyət vermədi, on
minlərlə piyadasına, minlərlə süvarisinə və
səksən filinə güvəndi.
5 Yəhudeyaya   daxil   olub   Yerusəlimdən
təxminən   beş   stadi   məsafədəki
möhkəmləndirilmiş  bir  yer  olan  Bet-Sura
yaxınlaşdı.   Oranı   təzyiq   altında   saxladı.
6 Makkabi   və   onun   adamlarına   Lisiyanın
qalaları   mühasirəyə   aldığı   xəbəri   çatanda
kütlə ilə birlikdə hüzn və göz yaşları içində
Rəbbə   yalvardılar   ki,   İsraili   qurtarması
üçün   xeyirxah   bir   mələk   göndərsin.
7 Makkabi   özü   hamıdan   əvvəl   silaha
sarıldı   və   başqalarını   da   onunla   birlikdə
həyatını   təhlükəyə   ataraq   soydaşlarına
kömək etməyə inandırdı. Onlar da dərhal
həvəslə   yola   düşdülər.   8 Onlar
Yerusəlimdən   çıxan   kimi   ağ   ğeyimli   bir
süvari   zahir   olub   onlara   başçılıg   etdi.   O
əlindəki   qızıldan   olan   döyüş   silahlarinı
yelləyirdi.   9 Hamısı   birlikdə   mərhəmətli
Allaha alqış etdilər. Ürəklərinə elə cəsarət
gəlmişdi ki, yalnız insanlara deyil, yırtıcı
heyvanlara və dəmir divarlara belə, hücum
etməyə   hazır   idilər.   10 Səmavi
müttəfiqlərinin   başçılığı   altında   döyüş
nizamı   ilə   irəlilədilər,   çünki   Rəbb   onlara
mərhəmət etmişdi. 11 Onlar aslanlar kimi
düşmənin   üzərinə   atıldılar,   düşmənin   on
bir   min   piyadasını   və   min   altı   yüz
süvarisini   qırdılar.   Qalanların   hamısını
qaçmağa   məcbur   etdilər.   12 Qaçanlardan
çoxu yaralı və soyunmuş vəziyyətdə qaçıb
qurtuldu. Lisiyanın özü də biabırçı şəkildə
qaçıb qurtuldu.
106



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin