Efron və Skitopol yolu ilə geri dönmə 27 Düşmənlərin qaçmasından və
məğlubiyyətindən sonra Yəhuda Lisiyanın
və coxlu müxtəlif tayfaların sakin olduğu
möhkəmləndirilmiş şəhər olan Efrona
yürüş etdi. Divarların qarşısında durmuş
güclü gənclər inadla müqavimət
göstərirdilər, həmçinin orada döyüş
alətlərinin və mərmilərin böyük ehtiyatı
saxlanılırdı. 28 Amma Yəhudilər qüdrəti
ilə düşmənlərin gücünü dağıdan Hökmdarı
köməyə çağıraraq şəhəri ələ keçirdilər və
orada olan iyirmi beş minə yaxın adamı
qırdılar.
29 Oradan yola düşüb Yerusəlimdən altı
yüz stadi məsafədə olan Skitopol
e
şəhərinin üstünə cumdular. 30 Amma
orada yaşayan Yəhudilər Skitopol
sakinlərinin onlara yaxşı münasibət
göstərdiyi, fəlakət günlərində belə, onlarla
mehriban rəftar etdikləri barədə şəhadət
etdilər. 31 Yəhuda və onun adamları onlara
təşəkkür etdilər və gələcəkdə də onları
soydaşlarına iltifat göstərməyə çağırdılar.
Sonra yola düşüb Həftələr bayramına bir
az qalmış Yerusəlimə gəlib çatdılar.