Qorqiya ilə döyüş 32 Əllinci gün adlanan bayramdan sonra
Yəhuda və onun adamları İdumeyanın
hərbi valisi Qorqiyaya qarşı yürüş etdilər.
33 Qorqiya üç min piyada və dörd yüz
süvari ilə onların qabağına çıxdı. 34 Döyüş
başlayanda elə oldu ki, bir-iki nəfər Yəhudi
həlak oldu. 35 Bakenorun adamlarından
biri olan Dositey ən yaxşı süvari və
qüvvətli idi. O, Qorqiyanın üst geyimindən
yapışan kimi onu bərk kənara dartmağa
başladı. Bu mənfur adamı diri ələ keçirmək
istəyirdi. Amma Trakiyalı süvarilərdən biri
Dosideyin üstünə atılaraq onun çiynini
parçaladı. Beləcə, Qorqiya qaçıb Marisaya
getdi.
36 O vaxt Esdri və onun adamları uzun
müddət döyüşdükləri üçün yorulmuşdular.
Yəhuda Rəbbi çağırdı ki, onların tərəfində
olduğunu və döyüşə başçılıq etdiyini
onlara göstərsin. 37 Sonra Yəhuda öz ana
109
dilində uca səslə himnlərlə döyüş şüarları
cağirarag gözlənilmədən Qorgiyanın
qoşunlarının üzərinə atıldı və onları
qaçmağa uğratdı.