Arfakşada qarşı yürüş 13 Padşahlığının on yeddinci ilində
Navuxodonosor Arfakşadla döyüşə girib
onu məğlub etdi. Arfakşadın qoşununu,
bütün süvarilərini və döyüş arabalarını
sıradan çıxartdı. 14 Onun şəhərlərini ələ
keçirib Ekbatanın üzərinə getdi, şəhər
qalasını zəbt etdi, küçələrini viran qoydu
və şəhərin görkəmini biabırçı hala gətirdi.
15 Arfakşadı isə Raqav dağlarında əsir aldı
və elə həmin gün onu nizələrlə deşərək
öldürdü. 16 Sonra isə əsgərləri və
müttəfiqləri ilə birgə geri qayıtdı. Onlar
döyüşçülərdən ibarət böyük qoşun kütləsi
idi. Navuxodonosor və onun qoşunu öz
şəhərlərində bu qələbəni bayram edib yüz
iyirmi gün müddətinə istirahət etdilər.
----------------------------------------------------
a1:12 iki dənizin – Aralıq dənizindən
Qırmızı dənizə qədər olan ərazi.
2