Deuterokanonik kitabları Yoxlama versiyası


Antioxun Yəhudilərlə sazişi



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə152/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   148   149   150   151   152   153   154   155   ...   304
Barux

Antioxun Yəhudilərlə sazişi
18 Padşah   Yəhudilərin   cəsarətini
təcrübədən keçirəndə mühüm bir nöqtədən
hücum   etməyə   cəhd   etdi.   19 O,
Yəhudilərin   möhkəmləndirilmiş   qalası
olan   Bet-Surun   üstünə   iki   dəfə   getdi,
amma geri qovuldu. O, yenə hücum etdi.
Lakin   uğursuz   oldu   və   itki   verdi.
20 Yəhuda   qalanın   içində   olanlara   lazım
olan   şeylər   göndərdi.   21 Ancaq   Yəhudi
qoşunundan Rodok adlı bir şəxs düşmənə
məxfi məlumatlar verdi. O, araşdırılıb üzə
çıxarıldı və həbs olundu. 22 Padşah ikinci
dəfə Bet-Surda olanlarla danışığa başladı.
Onlara dostluq təklif etdi, onların verdiyi
sözü   qəbul   edib   geri   çəkildi.   Sonra   o,
Yəhuda   ilə   döyüşdü,   amma   uduzdu.
23 Ona   Antakyada   dövlət   idarəçiliyinə
qoyub getdiyi Filipin üsyan etdiyi barədə
xəbər çatanda çaşqınlığa düşdü. Yəhudiləri
dilə tutmağa başladı, həlim oldu və onunla
razılaşdırılmış bütün ədalətli şərtlərə əməl
edəcəyinə and içdi. Sonra qurban təqdim
etdi, müqəddəs məskənə ehtiram göstərdi
və o yerə xeyriyyəçilik etdi. 24 Makkabini
qəbul   etdi,   Ptolemaisdən   Gerara   qədər
Eqemonidi hərbi vali təyin etdi. 25 Sonra
Ptolemaisə   getdi.   Ptolemais   sakinləri
müqavilədən   narazı   idilər.   Həqiqətən,   o
qədər   hiddətlənmişdilər   ki,   razılaşmanı
ləğv   etmək   istəyirdilər.   26 Amma   Lisiya
məhkəməyə gəldi, padşahı bacardiği gədər
müdafiə   qədə   etdi,   onları   dilə   tutub
sakitləşdirdi   və   onların   rəğbətini
qazanandan sonra Antakyaya yola düşdü.
Padşah Antioxun hücumu və geri çəkilməsi
belə oldu.
----------------------------------------------------
f13:1 e.ə. 164-cü il.
14

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin