Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə158/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   154   155   156   157   158   159   160   161   ...   304
Barux

Yəhudanın yuxusu
6 Nikanor   böyük   lovğalığı   və   qüruru   ilə
Yəhuda və onun adamları üzərində qələbə
şərəfinə   bir   ümumi   abidə   düzəltməyi
qərara   aldı.   7 Amma   Makkabi   tam
əminliklə   daim   ümid   edirdi   ki,   Rəbdən
yardım   alacaq.   8 O,   öz   adamlarını
bütpərəstlərin   hücumundan   qorxmamağa
inandırdı.   Əvvəlki   vaxtlarda   göylərin
onlara kömək etdiyini xatırladaraq indi də
Külli-İxtiyarın   onlara   bəxş   edəcəyi
qələbəni   gözləməyə   çağırdı.   9 Qanun   və
peyğəmbərlərdən   danışaraq   onları
ruhlandırdı,   qalib   gəldikləri   əvvəlki
döyüşləri   yadlarına   salıb   onlara   həvəs
aşıladı.   10 Onlarda   əzm   oyadaraq
göstərişlər   verdi,   eyni   zamanda,
bütpərəstlərin   xainliyini   və   andlarını
pozduqlarını qeyd etdi. 11 O, adamlarının
hər   birini   daha   çox   qalxanların   və
mizraqların   müdafiəsi   ilə   deyil,
ruhlandırıcı   xoş   sözlərlə   silahlandırdı.
Sonra   həyata   keçəcəyi   yəqin   olan,
görüntüyə   bənzər   bir   yuxu   danışaraq
hamının əhvalını yüksəltdi.
12 Onun gördüyü yuxu belə idi: düzgün və
yaxşı adam olan, mötədil davranan, həlim
xasiyyətli, ləyaqətlə danışan və uşaqlıqdan
bəri   yüksək   əxlaqi   keyfiyyətləri   əsaslı
şəkildə   mənimsəmiş   əvvəlki   baş   kahin
Oniya   əllərini   uzadaraq   bütün   Yəhudi
icması üçün dua edir. 13 Sonra ağ saçları
və izzəti ilə fərqlənən, fövqəladə əzəmətli
və   səlahiyyətli   bir   şəxs   zahir   oldu.
14 Oniya danışmağa başladı: «Qardaşlarını
sevən, xalq və müqəddəs şəhər üçün çoxlu
dua   edən   bu   adam   Allahın   peyğəmbəri
Yeremyadır». 15 Yeremya sağ əlini uzadıb
Yəhudaya   bir   qızıl   qılınc   verdi   və   belə
müraciət   etdi:   16 «Bu   müqəddəs   qılıncı
Allahdan hədiyyə olaraq qəbul et. Onunla
əleyhdarlarını darmadağın edəcəksən».

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin