Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə159/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   155   156   157   158   159   160   161   162   ...   304
Barux

Döyüşçülərin nizamı
17 Gəncləri igidliyə həvəsləndirən, onların
ürəklərinə   cəsarət   verən   Yəhudanın   çox
gözəl   və   təsirli   sözlərindən   ürəklənən
114


Yəhudilər   düşərgə   salmamağı,   cəsarətlə
hücuma   keçməyi,   hamısı   birlikdə   böyük
igidliklə döyüşə girib işi həll etməyi qərara
aldılar. Çünki onların şəhərləri, müqəddəs
şeyləri   və   məbədləri   təhlükədə   idi.
18 Onlar   arvadları,   uşaqları   və   qohum-
qardaşları üçün az qayğı çəkirdilər, mühüm
və   əsas   qorxuları   təqdis   olunmuş
müqəddəs məskəndən ötrü idi. 19 Şəhərdə
qalmalı   olanların   da   qayğısı   az   deyildi.
Onlar açıq yerdə olacaq qarşılaşmaya görə
təşviş içində idilər.
20 Hamı   indi   işin   necə   həll   olunacağını
gözləyirdi:   düşmən   artıq   yaxınlaşır,   onun
qoşunu   döyüş   üçün   nizama   salınır,   fillər
mühüm   mövqelərdə   yerləşdirilir   və
süvarilər   cinahlara   qoyulur.   21 Onda
Makkabi   qarşısındakı   çoxsaylı   qoşunu,
müxtəlif   silahların   hazır   durduğunu   və
heyvanların   vəhşiliyini   seyr   etdi.   Əllərini
göyə   tərəf   qaldıraraq   möcüzələr   yaradan
Rəbbə dua etdi, çünki qələbənin silah gücü
ilə   əmələ   gəlməyəcəyini   bilirdi;   yalnız
Rəbbin   Özü   qərar   verən   kimi   qələbəni
layiq   olana   verir.   22 O,   bu   sözlərlə   dua
etdi:   «Ey   Hökmran,   Yəhudeya   padşahı
Xizqiyanın   dövründə   Sən   bir   mələk
göndərdin   və   o,   Sanxerivin   düşərgəsində
yüz   səksən   beş   min   nəfəri   məhv   etdi.
23 İndi də, ey göylərin Hökmdarı, bir daha
xeyirxah   mələyini   göndər   ki,   önümüzdə
gedərək   dəhşət   və   lərzə   salsın.   24 Əlinin
qüdrəti   küfr   edərək   Sənin   müqəddəs
xalqının üstünə gələnləri yerə yıxsın». O,
duasını belə bitirdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin