SÜLEYMANIN MÜDRİKLİYİ
KİTABI
GİRİŞ
«Süleymanın müdrikliyi» kitabının əsas mövzusu İlahi hikmət, onun mənşəyi,
xüsusiyyətləri və dünyadakı fəaliyyəti barədə düşüncələrdən ibarətdir. Kitabda bu
düşüncələrin müdrik padşah Süleymana məxsus olduğu bildirilir. Kitabın ilk fəsillərində
hikmət insan ruhuna yol göstərən İlahi nemət kimi təsvir edilir. Sonra onun Allahdan
qaynaqlandığı, insan həyatındakı rolu barədə danışılır. Son fəsillərdə müəllif tarixdən
götürülmüş nümunələrlə sübut edir ki, yalnız hikmət xalqları xoşbəxtliyə qovuşdura bilər.
Dostları ilə paylaş: