Hikmət İsrailliləri Misirdən çıxartdı 15 Hikmət mömin bir xalqı, məsum bir
nəsli
Zülmkar bir millətin əlindən qurtardı.
16 Hikmət Rəbbin bir xidmətçisinin
g
canına daxil oldu,
Onu möcüzələr və əlamətlərlə qorxunc
padşahlara qarşı qoydu.
17 Mömin insanlara zəhmətləri əvəzində
mükafat verdi,
Onlara ecazkar bir yol göstərdi.
O, gündüzlər onlara kölgə, gecələr isə
ulduzların ecazkar parıltısı oldu.
18 Hikmət onları Qırmızı dənizdən keçirdi,
Onları böyük suların arasından apardı.
19 Düşmənlərini suya qərq etdi,
Bunları dənizin dibindən kənara püskürdü.
20 Beləcə, ədalətli adamlar günahkarların
silahlarını ələ keçirdilər,
Ya Rəbb, Sənin müqəddəs adına şükür
etdilər,
Hamılıqla Sənin qoruyucu əlini mədh
etdilər.
21 Çünki hikmət lalların dilini açdı,
Körpələrin dilini anlaşıqlı etdi.
-------------------------------------------------
a10:3 Burada Qabildən bəhs olunur.
b10:4 Burada Nuhdan bəhs olunur.
c10:5 Burada İbrahimdən bəhs olunur.
d10:6 Burada Lutdan bəhs olunur.
e10:10 Burada Yaqubdan bəhs olunur.
f10:14 Burada Yusifdən bəhs olunur.
g10:16 Burada Musadan bəhs olunur.
11