Heyvanlara səcdə edən adamların cəzası 15 Ağılsız və haqsız niyyətləri onları
azdırdı,
Onlar düşüncəsiz sürünənlərə, dəyərsiz
heyvanlara
Səcdə etməyə başladılar.
Sən də cəzalandırmaq üçün onların üstünə
Çoxlu ağılsız varlıqlar göndərdin.
16 Ta anlasınlar ki, kim hansı vasitə ilə
günah edir,
Onunla da cəzalanır.
17 Çünki surəti olmayan maddədən
dünyanı yaradan
Sənin qüdrətli əlin qadir idi ki,
Onların üzərinə çoxlu ayı və yırtıcı şir,
18 Yaxud naməlum, yeni yaradılan azğın
heyvanlar,
Nəfəslərindən od püskürən, tüstü qoxuyan,
Gözlərindən dəhşətli qığılcımlar saçan
heyvanlar göndərəsən.
19 Bunlar yalnız vurduqları zədə ilə deyil,
Dəhşət gətirən görünüşləri ilə də onları
məhv edə bilərdi.
20 Amma bunsuz da onlar bircə nəfəslə,
Sənin ədalətinlə təqib olunaraq,
Sənin qüdrətinin ruhu ilə sovrularaq ölə
bilərdilər.
Lakin Sən hər şeyi ölçüsü, sayı və çəkisi
ilə nizamladın.