Ədalət və mərhəmət 19 Belə işlərlə Sən Öz xalqına dərs verdin,
Ədalətli adamın insanları sevməli
olduğunu öyrətdin.
Öz övladlarına gözəl bir ümid verdin ki,
Günahlarından tövbə etdikləri halda
Tövbələrini qəbul edəcəksən.
20 Övladlarının düşmənlərini ölümə layiq
olduqları halda
Belə rəhm və aman verməklə
cəzalandırdınsa,
Onlara şərdən qurtulmaq üçün zaman və
imkan verdinsə,
21 Öz övladlarını necə də həssaslıqla
mühakimə etdin;
Sən onların əcdadlarına and içərək
Gözəl vədləri əhd etmişdin.
22 Beləcə, bizə dərs verərkən
Düşmənlərimizi min dəfə artıq
cəzalandırırsan.
Bunu edirsən ki, başqalarını mühakimə
edəndə
Sənin xeyirxahlığını yada salaq,
Özümüz cəzalananda mərhəmət gözləyək.