Buna görə də adamlar bir taxta parçasına
həyatlarını etibar edirlər,
Sal ilə dalğaları keçib sağ-salamat mənzilə
çatırlar.
6 Çünki başlanğıcda məğrur nəhənglər
məhv ediləndə
Dünyanın ümidi bir sala sığındı
Və Sənin əlinlə idarə olunaraq
Dünya üçün nəsil davamını qoruyub-
saxladı.
7 Fəzilətli bir şeyə xidmət edən ağac xeyir-
dualıdır.
8 Amma insan əlinin işi olan şeyin özü də,
Onu düzəldən usta da lənətlidir:
Usta onu düzəltdiyi üçün,
Həmin şey də ona «allah» deyildiyi üçün.
9 Çünki Allah günahkara da,
Onun pis əməlinə də eyni dərəcədə nifrət
edir.
10 Düzəldilən şey də, onu düzəldən də
Birlikdə cəza alacaqlar.
11 Beləcə, bütpərəstlərin bütləri də
mühakimə olunacaq.
Çünki onlar Allahın yaratdıqları arasında
İyrənc bir şeyə çevrildi.
İnsan canları üçün tələ,
Düşüncəsizlərin ayaqları üçün tor oldu.
12 Bütlərin uydurulması xəyanətin
başlanğıcı oldu,
Onların icadı həyatı pozğunluğa gətirdi.
13 Başlanğıcda bütlər yox idi,
Onlar əbədi də qalmayacaq.
14 Onlar insanın düşkünlüyü səbəbindən
dünyaya gəldilər,
Buna görə də bir andaca axırlarının
çatmasına qərar verilmişdir.
15 Qəfildən ölmüş oğlu üçün yas tutub
üzülən ata
Artıq ölmüş oğlunun təsvirini düzəldir,
Sonra da ona Allah kimi sitayiş edir.
Özünə tabe olanlar üçün
Ayinləri və təqdim mərasimləri təsis edir.
16 Sonra zaman keçdikcə bu mərasimlər
Qanun kimi öz yerini möhkəmləndirir.
17 Hökmdarların fərmanı ilə bu oyma
təsvirlərə
Allah kimi sitayiş olunur.
Adamlar çox uzaqda yaşayan,
Üzünü görmədikləri hökmdarın təsvirlərini
düzəldirlər;
Hörmət etdikləri padşahın surətini yapırlar.
Beləcə, səy göstərib yanlarında olmayana
Sanki yanlarında olan kimi hörmət
göstərirlər.
18 Sənətkarın məharəti o şəxsi
tanımayanları
Ona sitayiş etməyə sövq edirdi.
19 Sənətkar da hökmdarı razı salmaq üçün
Sənətinin köməyi ilə həyatda olduğundan
Daha gözəl bir təsvir düzəldirdi.
20 Xalq isə oyma təsvirin gözəlliyinə
məftun olaraq
Əvvəllər insan kimi hörmət göstərdiyi
şəxsi
İndi allah sayırdı.
21 Bu da adamlar üçün bir ölüm tələsi
oldu,
Çünki onlar zülmə, ya da müstəbidliyə
tabe olaraq
Daşlara və ağac parçalarına dilə gətirilməz
Adı verdilər.
Dostları ilə paylaş: