25 İstisnasız olaraq hamı bu şeylərə
mübtəladır:
Qan və qətl, oğurluq və hiylə, rüşvət,
Xainlik, üsyankarlıq, yalan and,
26 Əmlakı qarət etmək, yaxşılığı unutmaq,
Ruhları murdarlamaq, cinsi qeyri-təbiilik,
Nikahda nizamsızlıq, zina və əxlaqsızlıq.
27 Adlarına layiq olmayan bütlərə sitayiş
etmək
Hər cür pisliyin başlanğıcı, səbəbi və
nəticəsidir.
28 Çünki bu adamlar çılğıncasına şənlik
edirlər,
Yalandan peyğəmbərlik edirlər,
Pis tərzdə həyat sürürlər,
Andlarını o saat pozurlar.
29 Cansız bütlərə ümid etdiklərindən
Yalan and içdikləri üçün
Cəzalanacaqlarını sanmırlar.
30 Amma hər iki səbəbə görə
Onların üzərinə mühakimə gələcək:
Həm Allah barədə küfr düşünərək
Bütlərə müraciət etdikləri üçün,
Həm də müqəddəsliyə məhəl qoymayaraq
Hiylə ilə yalandan and içdiklərinə görə.
31 Beləcə, and içdikləri şeylərin gücü ilə
deyil,
Günah edənlər üzərində mühakimə
vasitəsilə cəzalanacaqlar;
Bu mühakimə günahkarların pis əməllərinə
Həmişə cavab olur.
15
Dostları ilə paylaş: