Ona nəfəs verib canlı varlıq edəni,
Ona həyat ruhu üfürəni tanımadı.
12 Bütpərəstlər həyata bir əyləncə,
Yaşayışa gəlir gətirən ticarət kimi baxırlar.
Onlar deyirlər ki, hər şeydən, hətta şərdən
də
Bir gəlir əldə etmək lazımdır.
13 Hərçənd ki belə adam günah etdiyini
Hər kəsdən daha çox bilir.
Çünki torpaqdan müvəqqəti olan qablar və
təsvirlər hazırlayır.
14 Hamıdan ağılsız, hətta körpələrdən də
az düşüncəyə malik olanlar isə,
Ey Allah, Sənin xalqına zülm etmiş
düşmənlərdir.
15 Çünki onlar bütpərəst xalqların
bütlərinin hamısına
Allahlar kimi sitayiş edirlər.
Bu bütlərin görmək üçün gözləri, nəfəs
almaq üçün burunları,
Eşitmək üçün qulaqları, hiss etmək üçün
barmaqları yoxdur,
Ayaqlarından getmək üçün istifadə edə
bilməzlər.
16 Çünki onları bir insan düzəltmişdir,
Ruhunu borc götürən bir varlıq onu şəklə
salmışdır.
Heç kəs insana bənzəyən allah yarada
bilməz.
17 Ölümlü olaraq günahkar əlləri ilə ölü
bir şey düzəldir,
Özü allahlarından daha üstündür.
O heç olmasa canlıdır, bunlar isə heç vaxt
canlı olmayıb.
18 Bəzi bütpərəstlər ən iyrənc heyvanlara
sitayiş edirlər,
Bu heyvanlar başqalarından daha
şüursuzdur.
19 Bunlar başqa cəlbedici heyvanlar kimi
olmayıb
Görünüşcə hətta eybəcərdirlər.
Bunu edən insanlar Allaha məqbul
olmaqdan
Və Onun xeyir-duasından məhrumdurlar.
16
Dostları ilə paylaş: