Deuterokanonik kitabları Yoxlama versiyası


Səbir və özünə nəzarət barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə191/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   187   188   189   190   191   192   193   194   ...   304
Barux

Səbir və özünə nəzarət barədə
 
22 Haqsız   qəzəbə   bəraət   qazandırmaq
olmaz,
Çünki   qəzəbinin   zərbəsi   insanın
yıxılmasına səbəb olar.
23 Səbirli   adam   müəyyən   vaxta   qədər
dözməlidir,
Amma axırda ona sevinc üz verəcək.
24 Müəyyən vaxta qədər sakit qalacaq,
Sonra   bir   çox   başqa   adamlar   onun   xoş
əxlaqından danışacaqlar.
Müdriklik və düzgünlük barədə
25 Hikmətin   xəzinəsində   ağıllı   söhbətlər
var,
Günahkar isə Allaha ehtiram göstərməkdən
ikrah edər.
26 Hikmət istəyirsənsə, əmrlərə əməl et,
Rəbb onu sənin ixtiyarına verəcək.
27 Çünki   hikmət   və   təlim   Rəbb   qorxusu
deməkdir,
Ona xoş gələn iman və həlim olmaqdır.
28 Rəbb qorxusuna itaətsiz olma,
Riyakar ürəklə Ona yanaşma.
29 Adamlara   cavab   verərkən   ikiüzlülük
etmə,
Öz sözlərinə nəzarət et.
141


30 Özünü   yüksəyə   qaldırma   ki,   aşağı
yıxılmayasan,
Özünü hörmətsiz etmə.
O halda Rəbb sənin sirlərini aşkar edəcək,
Cəmiyyət qarşısında səni yıxıb-salacaq.
Ona   görə   ki,   sən   Rəbb   qorxusuna   ciddi
yanaşmamısan
Və ürəyin hiylə ilə doludur.
----------------------------------------------------
b
 
a1:5   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.1:7 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
c1:10 Bəzi əlyazmalar son cümləni əlavə
edirlər.
d1:21   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
2
1 Övladım, Rəbbə xidmət etmək qərarına
gəlirsənsə,
Özünü böyük bir sınağa hazırla.
2 Nəfsinə hakim ol, möhkəm ol,
Çətinlik zamanı həyəcana düşmə.
3 Rəbdən yapış, Onu buraxma,
Ta ki ömrün boyu uğur qazanasan.
4 Başına gələn bütün işləri qəbul et,
Alçaldığın zaman dözümlü ol.
5 Çünki qızıl odda sınaqdan keçər,
Məqbul   sayılan   insanlar   da   alçalma
kürəsində.
6 Rəbbə iman et və O, səni müdafiə edər,
Düz yolla get və Ona ümid bağla.
7 Ey   Rəbdən   qorxanlar,   Onun   lütfünə
sığının,
Ondan   yan   keçməyin,   yoxsa   yıxıla
bilərsiniz.
8 Ey Rəbdən qorxanlar, Ona iman edin,
Sizin   mükafatınıza   heç   nə   əngəl
olmayacaq.
9 Ey Rəbdən qorxanlar, yaxşı şeylərə ümid
bağlayın,
Daimi   sevinci   və   mərhəməti   əldə
edəcəksiniz.
10 Əvvəlki nəsillərə baxıb görün:
Rəbbə   inandığı   halda   xəcalətə   düşən
varmı?
Yaxud bütün varlığı ilə
Ondan qorxduğu halda tərk edilən varmı?
Ya da Onu çağırdığı halda laqeydlik görən
varmı?
11 Çünki Rəbb şəfqətlidir, mərhəmətlidir,
Günahları bağışlayır,
Kədər günündə insanı qurtarır.
12 Qorxaq ürəyə, süst əllərə malik olanın,
İki yolla gedən günahkarın vay halına!
13 İmanı   olmayan   cəsarətsiz   adamın   vay
halına!
Onlar sığınacaq tapmayacaqlar.
14 Dözümünü itirənlər, sizin vay halınıza!
Rəbb   sizə   baş   çəkməyə   gələndə   nə
edəcəksiniz?
 
15 Rəbdən   qorxanlar   Onun   sözlərinə
inamsızlıqla yanaşmaz,
Rəbbi sevənlər Onun yolları ilə gedərlər.
16 Rəbdən qorxanlar Ona məqbul olmağa
çalışırlar,
Onu   sevənlər   Rəbbin   qanunu   ilə
ehtiyaclarını ödəyirlər.
17 Rəbdən   qorxanlar   öz   ürəklərini
hazırlayıb,
Onun önündə özlərini həlim edirlər.
18 Onlar belə deyirlər:
«Rəbbə təslim olaq, insanlara yox,
Çünki Rəbbin əzəməti nə qədərdirsə,
Mərhəməti də o qədərdir».
----------------------------------------------------
e3:19   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
f3:25   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
3
142



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin