Deuterokanonik kitabları Yoxlama versiyası


Valideyn qarşısında məsuliyyət



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə192/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   188   189   190   191   192   193   194   195   ...   304
Barux

Valideyn qarşısında məsuliyyət
1 Övladlarım, məni – öz atanızı dinləyin,
Söylədiyim   kimi   davranın   ki,   əmin-
amanlıqda olasınız.
2 Çünki Rəbb övladlar üzərində ataya şərəf
vermişdir,
Oğullar üzərində anaya haqq vermişdir.
3 Atasına ehtiram göstərən kəsin günahları
bağışlanır.
4 Anasına   hörmət   edən   kəs   sərvət   əldə
edən adam kimidir.
5 Atasına ehtiram göstərən öz uşaqlarından
sevinc tapacaq.
Dua etdiyi gün yalvarışı eşidiləcək.
6 Atasına hörmət edənin ömrü uzun olar,
Anasına   rahatlıq  verən   Rəbbə   itaət  etmiş
olur.
7 İnsan öz ağasına xidmət etdiyi kimi
Valideyninə xidmət etməlidir.
8 Davranışın   və   sözünlə   atana   ehtiram
göstər,
Beləcə, sən ondan xeyir-dua alarsan.
9 Çünki   atanın   xeyir-duası   ilə   övladların
evi möhkəm qalır,
Ananın lənəti isə onu kökündən yıxır.
10 Atanı   hörmətdən   salmaqda   izzət
axtarma,
Atanın   hörmətdən   düşməsi   sənə   izzət
gətirməz.
11 Çünki bir insanın hörməti onun atasının
izzətinə bağlıdır,
Şərəfsiz   bir   ana   övladları   üçün
rüsvayçılıqdır.
12 Övladım, atan qocalanda ona kömək ol,
Ömrü boyu onu kədərləndirmə.
13 Əgər   valideynin   ağlı   zəifləyirsə,   ona
iltifat göstər,
Özün   tam   sağlam   ikən   ona   həqarətlə
yanaşma.
14 Çünki   ataya   göstərilən   mehribanlıq
unudulmaz,
Günahların   nəticəsində   dağılan   həyatın
bərpa olar.
15 Kədər   günlərində   bu,   sənin   xeyrinə
yada salınacaq,
Buz istidən əridiyi kimi, günahların da yox
olacaq.
16 Atasını   atıb-gedən   adam   küfr   edənlə
eynidir,
Anasını   hirsləndirən   kəs   Rəbbin   lənətini
alar.
Həlimlik barədə
17 Oğlum, işini həlimliklə icra et,
Allaha   məqbul   olan   adamlar   tərəfindən
sevilərsən.
18 Böyüklüyün nə qədər artırsa, o qədər də
həlim olmalısan,
Onda Rəbbin önündə lütf taparsan.
19 Bir çox adam lovğa və qürurludur,
Amma Rəbb Öz sirlərini həlimlərə açar.
e
20 Çünki   Rəbb   böyük   qüdrətə   malik
olmasına baxmayaraq,
Həlim adamlar tərəfindən izzətlənər.
21 Özün   üçün   çox   çətin   olan   şeyləri
axtarma,
Gücündən   çox   olan   şeyləri   sınaqdan
keçirmə.
22 Sənə əmr edilən şeylər barədə düşün,
Sirlərə baş vurma.
23 Sənə aid olmayan işlərə qarışma,
Onsuz   da   sənə   insan   ağlının   dərk
edəcəyindən
Daha çox şey aşkar olub.
24 Çünki bir çoxlarının yanlış gümanları
Onların yoldan azmasına səbəb olmuşdur,
Pis niyyətlər onların ağlını sapdırmışdır.
25 Gözlər olmasa, işıq görünməz,
Bilik olmayan yerdə hikmət olmaz.
f
26 İnadkar ürəkli adamın aqibəti pis olar,
Təhlükəni sevən kəs o yolda həlak olar.
27 İnadkar ürəkli adam kədər yükü altında
qalar,
Günahkar günahı üst-üstə qalayar.
28 Qürurlu adamın dərdinə çarə tapılmaz,
Çünki pis bir toxum onda kök salmışdır.
143


29 Düşüncəli   adamın   ürəyi   məsəllərə
qiymət verir,
Müdrik insanın istəyi eşidən qulağa malik
olmaqdır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin