Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə193/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   189   190   191   192   193   194   195   196   ...   304
Barux

Yoxsullara kömək barədə
30 Su odun şöləsini söndürür,
Verilən sədəqə günahları bağışlatdırır.
31 Yaxşılığa yaxşılıqla cavab verən kəs
Bundan sonra yadda qalacaq,
O yıxıldığı zaman dayaq tapacaq.
4
Yoxsullara   və   məzlumlara   mərhəmət
barədə
 
1 Övladım!  Yoxsulun   ruzisini   verməkdən
imtina etmə,
Ehtiyacda   olanların   gözlərini   intizarda
qoyma.
2 Ac olanların ürəyini kədərləndirmə,
Möhtac insanı əsəbiləşdirmə.
3 Məyus ürəyi incitmə,
Yoxsullardan köməyini əsirgəmə.
4 Əziyyət içində yalvaran kəsi rədd etmə,
Yoxsul   bir   şəxsə   rast   gələndə   üzünü
çevirmə.
5 Dilənçilərə gözünü yumma,
Elə et ki, heç kim səni lənətləməsin.
6 Çünki   o,   ürək   yanğısı   ilə   sənə   lənət
edəndə
Onu Yaradan onun yalvarışını eşidəcək.
7 Arasında yaşadığın icmanın məhəbbətini
qazan,
Hörmət sahibi olan adamın önündə təzim
et.
8 Yoxsula qulaq as,
Onun salamına nəzakətlə cavab ver.
9 Məzlumu zalımın əlindən qurtar,
Hökm verərkən tərəddüd etmə.
10 Yetimlərə ata kimi ol,
Onların analarına bir ər kimi dayaq ol.
Uca   Olanın   gözündə   bir   oğul   kimi
olacaqsan.
O,   ana   sevgisindən   daha   üstün   olan
məhəbbətlə səni sevəcək.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin