Zənginlik və xəbislik barədə 1 Maddi sərvətə bel bağlama,
«Artıq özümü təmin etmişəm» demə.
2 Ürəyinin arzularına uyaraq
Ehtiraslarının və cisminin ardınca getmə,
3 «Mənim üzərimdə kimin ixtiyarı var?»
demə,
Çünki Rəbb hökmən səndən əvəz alacaq.
4 «Günah etdimsə də, mənə nə oldu?»
demə,
Çünki Rəbb uzun müddət səbir edə bilər.
5 Bağışlanacağına əmin olaraq
Günahı günah üstünə qalama.
6 «Onun mərhəməti böyükdür,
Mənim çoxsaylı günahlarımı bağışlayar»
demə.
Çünki Onun mərhəməti olduğu kimi,
qəzəbi də var,
Onun hiddəti günahkarların üzərində
qalacaq.
7 Rəbbə üz tutmaqda yubanma,
Bu işi gündən-günə təxirə salma.
Çünki Rəbbin qəzəbi qəflətən üstünə
gələcək,
Əvəz aldığı zaman həlak olacaqsan.
8 Haram sərvətə bel bağlama,
Çünki fəlakət günündə sənə bir faydası
olmayacaq.