Onun yaxşı xasiyyəti qızıldan qiymətlidir.
20 Vicdanla iş görən qulunla pis rəftar
etmə,
Əlindən gələni edən muzdlu işçini incitmə.
21 Qoy ürəyin ağıllı qulu sevsin,
Onu azadlığa buraxmaqdan imtina etmə.
22 Mal-qaran varsa, onların qayğısına qal,
Sənə xeyir gətirirlərsə, özündə saxla.
23 Oğlanların varsa, onlara təhsil ver,
Uşaq ikən onları itaət etməyə öyrət.
24 Qızların varsa, onların namusunun
qayğısına qal,
Onların yanında özünü ciddi apar.
25 Qızını ərə versən, böyük iş görmüş
olarsan,
Amma qızını ağıllı bir adama ərə ver.
26 Arvadın ürəyincədirsə, onu qovma,
Xoşuna gəlməyəni edirsə, ona etibar etmə.
27 Atana bütün qəlbinlə ehtiram göstər,
Ananın doğuş vaxtı çəkdiyi ağrıları heç
vaxt unutma.
28 Dünyaya gəldiyin üçün onlara borclu
olduğunu xatırla,
Sənin üçün etdiklərinin əvəzini onlara necə
qaytara bilərsən?
29 Rəbbin önündə ikən ürəyin ehtiramla
dolu olsun,
Onun kahinlərinə hörmət göstər.
30 Səni Yaradanı bütün qəlbinlə sev,
Onun xidmətçilərinə xor baxma.
31 Rəbdən qorx və kahinə hörmət göstər,
Sənə əmr olunduğu kimi, onun payını
özünə ver:
Məhsulun novbarını, günah təqdimini,
Qurbanlıq heyvanın çiyninin təqdimini,
Təqdis qurbanını, müqəddəs şeylərin
novbarını.
32 Yoxsula əlini uzat,
Onun xeyir-duasını alarsan.
33 Bütün varlıqlara bərəkətini bəxş et,
Xeyirxahlığını ölülərdən belə, əsirgəmə.
34 Ağlayanlardan yan keçmə,
Dərdli adamların dərdini bölüş.
35 Xəstələri ziyarət etməyi təxirə salma,
Belə etsən, adamlar tərəfindən sevilərsən.
36 Bütün etdiyin işlər zamanı aqibətin
barədə düşün,
Onda heç vaxt günah etməzsən.
8
Dostları ilə paylaş: