Qadınlar barədə 1 Sevdiyin arvadını qısqanma,
Öz zərərinə ona pis nümunə göstərmə.
2 Özünü qadına təslim etmə,
Öz gücünü onun tapdağına vermiş olarsan.
3 Əxlaqsız qadına tərəf getmə,
Onun tələsinə düşmüş olarsan.
4 Musiqiçi qızla çox oturma,
Onun ədalarına əsir olarsan.
5 Bakirə qıza çox baxma,
Yoxsa bunun cəriməsini ödəmiş olarsan.
h
6 Özünü fahişələrə təslim etmə,
Yoxsa mirasını bada verərsən.
7 Şəhərin küçələrində gedərkən o yan-bu
yana baxma,
Şəhərin xəlvət yerlərini sərgərdan dolaşma.
8 Gözəl qadından gözlərini çək,
Başqasına məxsus olan gözəlliyə gözlərini
dikmə.
Qadın gözəlliyi çox kişini başdan çıxarıb,
Bundan bir od kimi istək alovlanır.
9 Evli bir qadınla heç zaman oturma,
Onunla ziyafətdə şərab içmə ki,
Ürəyin ona meyil etməsin,
Ruhun həlaka sürüklənməsin.
Dost seçimi 10 Köhnə dostunu tərk etmə,
Təzə dost onunla müqayisə oluna bilməz.
Yeni dost yeni şəraba bənzəyər,
Şərab köhnəldikcə dadı gözəl olar.
11 Günahkarın uğuruna həsəd aparma,
Çünki qəfil aqibətinin necə olacağını
bilmirsən.
12 Haqsızların bəyəndikləri şeyləri
bəyənmə,
Yadda saxla ki, haqsızlar bütün ömürləri
boyu saleh sayılmayacaqlar.
13 Öldürmək qüdrətinə malik olan
adamdan uzaq dur,
Ta ölüm qorxusu ilə həyəcana düşməyəsən.
Əgər ona yaxınlaşırsansa,
Səhv etmə ki, səni həyatından məhrum
etməsin.
Elə hesab et ki, tələlər arasında gedirsən,
Qala divarlarının bürcləri üzərində
gəzirsən.
14 Mümkün olduqca qonşularını tanımağa
çalış,
Müdrik adamlarla məsləhət et.
149
15 Ağıllı insanlarla söhbət et,
Bütün danışıqların Uca Olanın qanunu
barədə olsun.
16 Saleh adamlarla həmsüfrə ol,
Rəbb qorxusuna malik olmağınla fəxr et.