Deuterokanonik kitabları Yoxlama versiyası


Qürurun səbəb olduğu günah



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə204/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   200   201   202   203   204   205   206   207   ...   304
Barux

Qürurun səbəb olduğu günah
6 Qonşunun   hər   qüsuruna   qarşı
qəzəblənmə,
Heç kəslə kobud davranma.
7 Qürur   həm   Rəbdə,   həm   də   insanlarda
ikrah oyadır,
Haqsızlıq hər ikisi üçün iyrəncdir.
8 Hökmranlığın   bir   millətdən   digərinə
keçməsinin səbəbi
Haqsızlıq,   kobud   rəftar   və   var-dövlət
hərisliyidir.
9 Tozla   küldən   ibarət   insanın   qürurlanası
nəyi var?
Diri   ikən   də   insanın  bağırsaqlarından  pis
şey ifraz olur.
10 Uzun sürən xəstəliyin qarşısında həkim
də acizdir,
Bu günün padşahı sabah bir heç olur.
11 İnsan öləndə onun cismi
Sürünənlərə, vəhşi heyvanlara və qurdlara
miras qalır.
12 Qürurun   başlanğıcı   insanın   Rəbdən
uzaqlaşmasıdır,
Ürəyinin onu Yaradandan dönməsidir.
13 Qürurun   başlanğıcı   günah   olduğuna
görə
Ona bağlanan adamdan pislik üzə çıxar.
Buna görə də Rəbb insanlara görünməmiş
fəlakətlər göndərir,
Onları büsbütün məhv edir.
14 Rəbb hökmranları taxtdan salır,
Həlim adamları onların yerinə oturdur.
15 Rəbb millətləri kökündən çıxarır,
Onların əvəzinə həlim millətləri yerləşdirir.
16 Rəbb millətlərin yaşadığı ölkələri viran
qoyur,
Onları dünyanın təməlinə qədər yox edir.
17 O, bəzi millətləri qovub məhv etmişdir,
Onların xatirəsini yer üzündən silmişdir.
18 Qürur insanlar üçün yaradılmamışdır,
Qəzəb   alovu   qadından   doğulanlar   üçün
deyil.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin