Deuterokanonik kitabları Yoxlama versiyası


Hörmətə layiq adamlar barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə205/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   201   202   203   204   205   206   207   208   ...   304
Barux

Hörmətə layiq adamlar barədə
19 Hansı   nəsil   hörmətə   layiqdir?   –   İnsan
nəsli.
Hansı   nəsil   hörmətə   layiqdir?   –   Rəbdən
qorxanlar nəsli.
150


Hansı nəsil hörmətə layiq deyil? – İnsan
nəsli.
Hansı nəsil hörmətə layiq deyil? – Əmrləri
pozanlar nəsli.
20 Qardaşlar arasında başçı olan hörmətə
layiqdir,
Rəbbin   nəzərində   isə   Ondan   qorxanlar
hörmətə layiqdir.
21 Rəbb   qorxusu   Ona   məqbul   olmağın
başlanğıcıdır,
İnadkarlıq   və   qürur   isə   Onun   tərəfindən
rədd edilmənin başlanğıcıdır.
i
22 İstər   varlı,   əsilzadə,   istərsə   də   yoxsul
olsun,
Hər kəsin tərifi Rəbb qorxusundadır.
23 Yoxsul olduğu üçün ağıllı adama
Xor baxmaq doğru deyil,
Günah edən adamı izzətləndirmək də yaxşı
deyil.
24 Əyan, hakim və başçı olanlara hörmət
edilir,
Amma   onların   heç   biri   Rəbdən   qorxan
insandan üstün deyil.
25 Müdrik   qula   azad   insanlar   xidmət
edərlər,
Buna da dərrakəli adam heç vaxt narazılıq
etməz.
Həlimlik barədə
26 İşini   görərkən   özünü   müdrik   kimi
göstərmə,
Ehtiyacda olduğun vaxt qürrələnmə.
27 Çörək tapmadığı halda
Özünü öyüb bekar gəzən adamdansa
Çox çalışıb bolluq içində yaşayan
Bir insan olmaq daha yaxşıdır.
28 Övladım, özünü həlimliklə izzətləndir,
Özünə həqiqi dəyərini ver.
29 Özünü ittiham edən insana kim bəraət
verər?
Özünə   xor   baxan   insana   kim   hörmət
göstərər?
30 Yoxsul   adama   biliyinə   görə   hörmət
edilir,
Varlı adama varına görə.
31 Yoxsul   olduğu   vaxt   hörmət   olunan
adam
Varlı olarkən daha da hörmət qazanır.
Varlı olduğu vaxt hörmət olunmayan adam
Yoxsullaşarkən daha da hörmətsiz olur.
----------------------------------------------------
i10:21   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
11

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin