Günahkarlar adamları mühakimə edərkən
onlarla birgə oturma.
10 Övladım, öz üzərinə həddindən artıq iş
götürmə,
İşin çox olarsa, qüsursuz ola bilməzsən.
İşin dalınca qaçsan, ona çata
bilməyəcəksən,
Ondan qaçsan, qurtula bilməyəcəksən.
11 İnsan çalışır, özünü gücə salır və tələsir,
Amma bununla belə, geridə qalır.
12 Başqa birisi isə köməyə möhtac bir
zavallıdır,
Gücü yoxdur, yoxsulluğa düçardır.
Amma Rəbbin nəzəri ona iltifat göstərir,
Onu öz alçalmış vəziyyətindən çıxarır.
13 Onun başını ucaldır,
Hər kəs də bu işə heyrət edir.
14 Yaxşı və pis şeylər, həyat və ölüm,
Yoxsulluq və zənginlik – bunların hamısı
Rəbdəndir.
15 Hikmət, dərrakə və Qanunu bilmək,
Mərhəmət və yaxşılığın üsulları Rəbdən
gəlir.
16 Xəta və qaranlıq günahkarlar tərəfindən
yaradıldı,
Şər pisliklə öyünənlər vasitəsilə tam oldu.
j
17 Rəbb mömin insana nə verirsə, həmişə
qalır,
Onun Rəbbə məqbul olması həmişə ona
uğur gətirir.
18 Bir kəs çalışmağı, məhrumiyyətləri
bahasına varlanır,
Bəs sonda onun mükafatı nə olur?
19 Öz-özünə deyir: «Rahatlıq tapdım,
İndi nemətlərimdən həzz ala bilərəm».
Amma o, bunun nə qədər sürəcəyini,
Nə vaxt ölüb malını başqalarına
qoyacağını bilmir.
20 Öz vəzifəni yerinə yetir, bu işdə həvəs
göstər,
Qocalığına qədər öz işinlə məşğul ol.
21 Günah edənlərin uğurlarına heyran
olma,
Rəbbə güvən və səyini davam etdir.
Çünki yoxsul bir kəsi tezliklə və birdən-
birə varlı etmək
Rəbbin nəzərində çox asan bir şeydir.
22 Rəbbin xeyir-duası mömin adamın
mükafatıdır,
Rəbbin xeyir-duası bir an içində bəhər
verir.
23 «Daha nəyə ehtiyacım var?
Daha bundan artıq nə qazancım olacaq?»
demə.
24 «Öz-özümü qane edə bilirəm,
Bundan sonra nə itirə bilərəm?» demə.
25 Xoş gündə pis gün unudulur,
Pis gündə də xoş gün yada düşmür.
26 Bir adam öldüyü gün
Ona əməllərinə uyğun bir şəkildə əvəz
vermək
Rəbb üçün asan bir şeydir.
27 Bir anlıq əzab əvvəlki zövqləri
unutdurur,
İnsanın son saatında əməlləri üzə çıxır.
28 Ölüm anına qədər heç kəsə bəxtəvər
demə,
Onun kimliyi necə uşaqlar qoyub-
getdiyindən bəlli olur.
Dostları ilə paylaş: