Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə210/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   206   207   208   209   210   211   212   213   ...   304
Barux

Əsl dostlar barədə
8 Uğur qazandığın vaxt əsl dostunu tanıya
bilməzsən,
Uğursuzluq   zamanı   da   düşmən   gizlində
qalmaz.
9 Bir   insan   uğur   qazanarkən   düşmənləri
kədərə batar,
İşləri   pis   gedən   vaxt   dostu   belə,   ondan
uzaqlaşar.
10 Düşmənə əsla inanma,
Mis pas atdığı kimi onun pisliyi də insana
təsir edir.
11 Düşmən həlim davranıb yaltaqlansa da,
Özünü gözlə və ondan ehtiyat et.
Ona   münasibətdə   güzgünu   pardaqlayan
kimi ol,
Pası   təmizləndikdən   sonra   əsl   siması
bilinəcək.
12 Onu yanına götürmə,
Çünki səni yıxıb yerində otura bilər.
Onu sağına əyləşdirmə,
Çünki sənin yerinə iddia edə bilər.
Yoxsa axırda sözlərimi dərk edib,
Dediklərimi yana-yana yada salacaqsan.
13 İlan oynadanı ilan vurarsa, onun halına
kim acıyar?
Vəhşi   heyvanlara   yaxınlaşanların   halına
kim acıyar?
14 Bir   günahkara   yaxın   münasibət
göstərən,
Onun etdiyi günahlara şərik olan adama da
acımaq olmaz.
15 Ayaq üstə durduğun müddətdə yanında
olar,
Amma   sarsıldığın   vaxt   yanında
qalmayacaq.
16 Düşmən yağlı dilini işə salır,
Amma ürəyində niyyət qurur ki,
Səni dərin bir quyuya necə atsın.
Düşmənin gözləri yaşla dolu ola bilər,
Amma əlinə bir fürsət keçəndə
Nə qədər qan töksə, ona azlıq edər.
17 Əgər   başına   bir   pis   iş   gəlsə,   onu   öz
qarşında görərsən,
Guya,   kömək   edirmiş   kimi   sənə   badalaq
vuracaq.
18 O, başını tərpədib əl çalacaq,
153


Xısın-xısın   danışacaq   və   iç   üzünü
göstərəcək.
13

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin