22 Varlı adam sarsılanda ona çox adam
yardım edər,
Pis sözlər danışsa da, ona bəraət verilər.
Yoxsul adam sarsılanda təqsirkar olar,
Ağıllı sözlər danışsa da, heç kəs ona qulaq
asmaz.
23 Varlı adam danışanda hər kəs susar,
Onun söylədikləri göylərə qaldırılar.
Yoxsul danışarsa, hamı «Bu adam
kimdir?» deyə soruşar,
Büdrəyərsə, onu itələyib yıxarlar.
24 Əgər bunda bir günah yoxdursa, var-
dövlət yaxşı şeydir,
Dinsizlər yoxsulluğun pis bir şey olduğunu
deyirlər.
25 İnsanın ürəyi onun üzünün ifadəsini
Ya yaxşılığa, ya da pisliyə doğru dəyişir.
26 Xoşbəxt bir ürək sevincli bir simaya,
Məsəllər yaratmaq isə gərgin düşüncəyə
gətirib çıxarır.
----------------------------------------------------
k13:14 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
14
1 Nə bəxtiyardır dili ilə günah etməyən,
Günahdan gələn kədərə qapılmayan insan!
2 Nə bəxtiyardır qəlbi onu ifşa etməyən,
Ümidini əsla itirməyən insan!
Dostları ilə paylaş: