Hikmətin verdiyi bəxtiyarlıq 20 Nə bəxtiyardır hikmət barədə dərin
düşünən,
Onu düşüncəsində araşdıran,
21 Onun yolları barədə ürəyində fikirləşən,
Onun sirlərini nəzərdən keçirən kəs.
22 Sən bir ovçu kimi hikmətin ardınca get,
Yollarında dayanıb onu pus.
23 Nə
bəxtiyardır
hikmətin
pəncərələrindən içəri baxan,
Qapılarında ona qulaq asan,
24 Onun evinə yaxın çadır quran,
Öz çadırının payacıqlarını onun divarına
bitişdirən kəs.
25 Belə insan hikmətin göstərdiyi yerdə
çadır qurar,
Xoş bir məskəndə özünə yer tapar.
26 Uşaqlarını onun kölgəsində oturdar,
Yatağını budaqlarının altına qoyar.
27 Hikmət onu istidən qoruyar,
O, hikmətin izzətinin qoynunda məskən
salar.
15
1 Rəbdən qorxan hər kəs bu cür davranır,
Qanunla özünə nəzarət edən şəxs hikməti
əldə edir.
2 Hikmət bir ana kimi onu qarşılayar,
Təzə gəlin kimi onu qəbul edər.
3 Onu dərrakə çörəyi ilə qidalandırar,
Müdriklik suyundan içirər.
4 Bu adam hikmətin üzərində möhkəm
qalacaq, sarsılmayacaq,
O, hikmətə diqqət edəcək, xəcalətə
düşməyəcək.
5 Hikmət onu qonşularından üstün edər,
Toplantı içində ona bəlağət verər.
6 O, fərəh hissini, sevinc tacını,
Əbədi qalan bir adı irs alar.
7 Axmaq adamlar hikməti əldə edə
bilməzlər,
Günahkarlar onu görə bilməzlər.
8 Hikmət məğrurlardan uzaq durar,
Yalançı adamlar onu yada salmazlar.
9 Günahkar adamın dilinə həmd yaraşmır,
Çünki bu, Rəbb tərəfindən qəbul edilmir.
10 Amma həmd müdrikliklə deyilirsə,
Rəbb buna yol açacaq.